Ramil Usubovdan ƏMR: Vüqar Xəlilovu bu rayona rəis təyin etdi

Şub-10
20:43 2018
Ramil Usubovdan ƏMR: Vüqar Xəlilovu bu rayona rəis təyin etdi

Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə yeni rəis təyin olunub.

Xeberfakt.az apa-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Gəncə şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin rəisi, polkovnik-leytenant Vüqar Xəlilov vəzifəsindən azad edilərək, Kəpəz rayon Polis İdarəsinə rəis təyin olunub. O bu gün işləyəcəyi kollektivə təqdim edilib.

Qeyd edək ki, Kəpəz rayon Polis İdarəsinin rəisi Azər Tağıyev ötən ilin dekabr ayında daxili işlər nazirinin əmri ilə Saatlı rayon Polis Şöbəsinə rəis təyin edilmişdir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Şubat 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728 

ARXİV


Рейтинг@Mail.ru