İki rayonun icra başçısı dəyişdirilir

Şub-14
11:49 2018
İki rayonun icra başçısı dəyişdirilir

İki rayonun icra başçısı postunda dəyişiklik gözlənilir. Bu barədə məlumatlı mənbələrdən informasiya daxil olub.

Xəbəri verən mənbə iddia edir ki, söhbət Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovdan və Gəncə şəhər İH rəhbəri Elmar Vəliyevdən gedir. Mənbənin söylədikləri:

"Prezident seçkilərinə qədər bu dəyişiklik baş tuta bilər. Çünki barəsində ən çox şikayət olunan icra başçılarından biri kimi Süleyman Mikayılovun prezident seçkiləri kimi mühüm bir prosesin həyata keçirilməsi zamanı vəzifə başında qalması heç də müsbət qarşılanmaz. Elmar Vəliyevə gəlincə isə, o, görəv başındakı dönəmini çoxdan bitirib və onun da istirahətə göndərilməsi vaxtıdır".

Hər iki icra başçısı ilə bağlı müxtəlif dövlət qurumlarına edilən şikayətlər yetərincədir ki, bu da siyasi hakimiyyət tərəfindən mütləq nəzərə alınacaq.

İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq... (DİA.AZ)


Xeberfakt.az

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Şubat 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728 

ARXİV


Рейтинг@Mail.ru