Zəngilanın icra başçısının nəzər-diqqətinə - VİDEO

fev-16
11:00 2018
Zəngilanın icra başçısının nəzər-diqqətinə - VİDEO

Bakı şəhəri , Biləcəri qəsəbəsindəki “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə aid idarələrdən birinin yataqxanasının ətrafında məskunlaşan Zəngilandan olan məcburi köçkün ailəsi acınacaqlı həyat şəraitində yaşamaları ilə bağlı Azinforum.az İnformasiya Portalına müraciət edib. Ailənin xanımı Bağırova Aidə Yəhya qızı saytımıza verdiyi eksklüziv açıqlamada düşdükləri acınacaqlı durumla bağlı ölkə rəhbərliyindən kömək istəyib. Məcburi köçkün olan xanım xüsusilə də, bir ana kimi ölkənin Birinci Vitse-ptezidenti Mehriban xanım Əliyevadan onların problemini nəzarətə götürməyi xahiş edib. Şikayətçilər bildirir ki, real yaşayış şəraitindən Zəngilan Rayon İcra Hakimiyyətinin və Qacqınlar Komitəsinin müvafiq qrumlarının da məlumatı var. Dəfələrlə müraciət etməklərinə baxmayaraq, onların probleminə əncam çəkilməyib. Ailənin isə çox istəyi yoxdur, normal şəraitli dörd divar arasında yaşamaqdan başqa. Azinforum.az zəngilanlı ailənin yaşayış şəraitini əks etdirən videoreportajı təqdim edir.

Mövzu ilə bağlı Zəngilan rayon İcra Hakimiyyətinin mövqeyini öyrənmək cəhdlərimiz alınmadı. Onların da fikirlərini dinləmyə hazırıq. Mövzunu diqqətdə saxlayacayıq…

Xeberfakt.az


Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ARXİV


Рейтинг@Mail.ru