Uşaqlarınızın həyatı TƏHLÜKƏDƏ! "Kinder" şokoladları ALMAYIN

fev-15
12:16 2018
Uşaqlarınızın həyatı TƏHLÜKƏDƏ! "Kinder" şokoladları ALMAYIN

"Kinder Joy" şokoladlı yumurtalardan körpələriniz zəhərlənə bilər.

Bu haqda məlumatı "Azad İstehlakçılar" İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov verib.

Onun dediyinə görə bu barədə AİİB-ə şikayət daxil olub və məsələni araşdırıblar:

"Azad İstehlakçılar" İctimai Birliyinə bununla bağlı müraciət etmiş istehlakçının ərizəsini diqqətinizə çatdıraraq bildirirəm ki, 3 gündür bu şikayət AİİB-ə daxil olub. Heç bir dövlət orqanı bu təhlükəli malı yığışdırmağa maraq göstərmir. Bu malı idxal edən "Hengen" şirkətinə də məlumat verdim, heç bir əməli iş görmür. Bu fakt bir daha sübut edir ki, ölkə Prezidentinin "Qida Təhlükəsizliyi Agentliyi"nin yaradılmasına dair fərman vaxtında verilmiş və zəruri bir sənəddir. Özünüzü və körpələrinizi təhlükəli qidadan qoruyun.

Şikayətçinin ərizəsində qeyd olunur: "11.02.2017 tarixdə Xətai metrosu yaxınlığında yerləşən "Metro market” dükanından uşaq üçün "Kinder joy” şokoladlı yumurta aldım. Evə gətirdikdən sonra yumurtanın üzərində yararlılıq və buraxılma tarixinin qırmızı skoçla örtüldüyünü görüb, skoçu qaldırdım, altdan 04.03.16 və 15.09.16 tarixini göründü, yəni malın yararlılıq tarixi artıq 16-cı ildə bitmişdi. Mən kassa çeki olması üçün 12.02.17 tarixdə müxtəlif vaxtlarda həmin dükana gedib yenə eyni maldan aldım. Həmin mallarda eyni idi və kassa çekinin üzərində VÖEN yoxdur. (kassa çekinin surəti ərizəyə əlavə olunur). Düşünürəm ki, bu kimi vaxtı keçmiş maldan uşaqlar zəhərlənə bilər, necə ki, mənim uşağım zəhərləndi və çətinliklə onu xilas etdik, çünki uşaq "kinder”in birini yemişdi".

Xeberfakt.az

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

ARXİV


Рейтинг@Mail.ru