"Binaya baxan, təmir eliyən yoxdur" - VİDEO

mar-13
13:06 2018
 "Binaya baxan, təmir eliyən yoxdur" - VİDEO

Bakıda Koroğlu Rəhimov küçəsində yerləşən 53 nömrəli yataqxana üzərindəki hörümçək toruna bənzər borularla diqqət çəkir. Bu problem illərdir işıqlandırılsa da, sakinlərin şikayətinə hələ də cavab verən yoxdur.

Həmin binada yaşayan məcburi köçkünlər su borularının səliqəsiz düzülüşünə görə binanın qəzalı vəziyyətə düşdüyünü bildiriblər.

Onlar qeyd ediblər ki, 26 ildir bu binada belə vəziyyətdə yaşayırlar: “Binaya baxan, təmir eliyən yoxdur. Yalandan gəlib baxırlar, təmir edəcəyik desələr də, sonra görünmürlər. Cavanımız, qocamız, uşaqlarımız, bir sözlə hamımız rütubətdən xəstəlik tapmışıq. Su boruları şəxsi hesabımıza quraşdırılıb. Elə quraşdırılıb ki, heç kim öz borusunu tanımır. Bəzən elə olur ki, boru partlayır. Onsuz da çətin vəziyyətdə yaşayırıq. Bir tərəfdən də bu problemlər güzəranımızı lap çətinləşdirir”.(Qafqazinfo)

Xeberfakt.az





Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

ARXİV


Рейтинг@Mail.ru