Türkiyədə bir gündə 8 hərbçi şəhid oldu

May-13
12:24 2016
 Türkiyədə bir gündə 8 hərbçi şəhid oldu Türkiyənin şərqindəki Hakkari vilayəti ərazisində PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasındakı toqquşmada 6 hərbçi şəhid olub.
Bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının açıqlamasında bildirilir.
Açıqlamada deyilir ki, bu gün yerli vaxtla saat 04.50-də Hakkarinin Çukurca qəsəbəsi ərazisində, Çığlı hərbi hissəsinin yerləşdiyi ərazidə terrorçularla baş verən döyüşdə 6 əsgər şəhid olub, 8-i yaralanıb. Terrorçulara müdaxilə etmək üçün göndərilən hərbi helikopter isə qəzaya uğrayıb. Nəticədə 2 pilot həlak olub. “Terrorçuların zərərsizləşdirilməsi üçün əraziyə “F-16” təyyarəsi, hücum helikopterləri, pilotsuz uçuş aparatları və əlavə bölmələr göndərilib. İndiyə qədər 6 terrorçu məhv edilib, əməliyyat davam edir”, - deyə Baş Qərargahın açıqlamasında bildirilir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Şubat 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728 

ARXİV


Рейтинг@Mail.ru