Partlayış təhlükəsi ilə əlaqədar London aeroportu bağlandı

Şub-12
11:52 2018
 Partlayış təhlükəsi ilə əlaqədar London aeroportu bağlandı

London şəhər aeroportu yaxınlıqdan keçən Temza çayında II Dünya Müharibəsi zamanından qalan bombanın aşkarlanmasına görə təhlükəsizlik məqsədilə bağlanıb.

Xeberfakt.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bomba bazar günü, gecə saatlarında hava limanı yaxınlığında olan “5-ci Corc” limanında tapılıb. Saat 22:00 radələrində aeroport müvəqqəti olaraq bağlanıb.

London baş polis idarəsi hərbi dəniz qüvvələrinin partlamamış bombanı ərazidən uzaqlaşdırmaq üçün işlər apardığını açıqlayıb. Sərnişinlərə aeroporta gəlməmələri və təxirə salınan təyyarə reysləri ilə bağlı aviaşirkətlərlə telefonla əlaqə saxlamaları tapşırılıb.

Bombanın tapıldığı 214 metrlik çevrədə insanlar və daşınar əmlak kənarlaşdırılıb.

Qeyd edək ki, naməlum müddətə bağlanan aeroport ötən gün 16 min sərnişinə xidmət göstərməli idi.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Şubat 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728 

ARXİV


Рейтинг@Mail.ru