Azərbaycanlılar arasında silahlı insident - VİDEO

Şub-14
20:03 2018
Azərbaycanlılar arasında silahlı insident - VİDEO

Moskvada azərbaycanlılar arasında silahlı insident baş verib.

Xeberfakt.az musavat.com-a istinadən məlumatına görə, bu haqda saytımıza Moskvada yaşayan soydaşlarımız xəbər veriblər.

Xəbərdə bildirilir ki, hadisə fevralın 13-də,Moskvada baş verib. "Oğru dünyası”nın tanınmışlarından olan ağçabədili Elmir bir nəfərlə birlikdə balakənli Adama güllə atıb. Maşının içində olan Adama güllə dəyməyib və o, maşını cəld sürərək, xilas ola bilib.

Soydaşlarımız bildirir ki, tərəflər arasında əvvəldən də narazılıq olub. Onların hər ikisi "oğru dünyası”nda tanınmış və qəbul edilmiş simalar sayılırlar.

Amma Adam daha çox məşhur sayılır. Onların hansı qruplaşmaya daxil olması ilə bağlı dəqiq məlumat yoxdur, hər birinin bütün tərəflərlə normal münasibətdə olduğu deyilir.

Silahlı atışmaya səbəb olan narazılığın hansı səbəbdən yarandığı bilinmir.



Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Şubat 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728 

ARXİV


Рейтинг@Mail.ru