FTB Floridada faciənin baş verəcəyi ilə bağlı məlumatlı olub

fev-16
00:20 2018
FTB Floridada faciənin baş verəcəyi ilə bağlı məlumatlı olub

Birləşmiş Ştatların Florida ştatında, Parklend şəhərciyindəki (Brovard dairəsi) yerləşən məktəblərdən birində baş vermiş silahlı insidenti törətmiş 19 yaşlı Nikolas Kruzla bağlı yeni təfərrüatlar məlum olub.

Xeberfakt.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, ABŞ-ın Federal Təhqiqat Bürosu azı 2 dəfə Kruz tərəfindən təhlükənin olması ilə bağlı xəbərdar edilib. Lakin güc strukturu orqanları faciənin qarşısını almaq üçün heç bir addım atmayıblar.

O, 2017-ci ilin sentyabrında “YouTube”da videolardan birində “Mən professional məktəb atıcısı olmaq istəyirəm” – rəyini yazıb. Kanalın müəllifi bu barədə Federal Təhqiqat Bürosuna telefonla məlumat verib. Sonra isə şəxsən büronun idarəsinə gəlib.

İkinci xəbərdarlığın necə olması barədə məlumat verilmir. Mənb "CNN"ə bildirib ki, Federal Təhqiqat Bürosu hər iki halda bu informasiyanı yerli güc strukturlarına verməyib.

Büroda Kruzun 2017-ci ildəki rəyi barədə informasiya aldıqlarını təsdiqləyiblər.
Qeyd edək ki, fevralın 14-də Florida ştatında yerləşən məktəblərdən birində baş vermiş atışma nəticəsində azı 17 nəfər ölüb, daha 17 nəfər yaralanıb. Hadisə ilə bağlı 19 yaşlı Nikolas Kruz şübhəli şəxs qismində saxlanılıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

ARXİV


Рейтинг@Mail.ru