Suriyada döyüşən azərbaycanlıya 9 İL HƏBS

mar-13
17:49 2018
Suriyada döyüşən azərbaycanlıya 9 İL HƏBS

Suriyada və İraqda terror təşkilatlarının tərkibində döyüşməkdə ittiham edilən Həsrət Əliyevin cinayət işi üzrə məhkəmə davam edib.

Xeberfakt.az Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək H. Əliyevin 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxs son sözlə çıxış edib. Hakimlər kollegiyasının hökmünə əsasən, Həsrət Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Həsrət Əliyevin həbsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

DTX-nin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, 2017-ci il oktyabrın 27-də radikal-dini ekstremist cinayətkar birliyin üzvləri, Suriya, İraq dövlətlərinin ərazilərində dini ekstremizm zəminində təlim və döyüşlərdə iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları Əliyev Həsrət Əlihüseyn oğlu, Nəsrullayev Emil Rövşən oğlu, Dadaşov Elşad Hüseynağa oğlu və Eynalov Zaur Talıb oğlu saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ARXİV


Рейтинг@Mail.ru