Kecmiş nazir dayılarının cinayətlərini ört-basdır etdi..!! - VİDEO

may-18
16:36 2018
Kecmiş nazir dayılarının cinayətlərini ört-basdır etdi..!! - VİDEO

Şikayətçi qismində DogruXeber.az-ın redaksiyasına müraciət edən Ağsu rayon sakini Daşdəmirov Rövşən Məhbud oğlu atasını qətlə yetirən məmurların kim olduqlarını və nə üstündə atasını qətlə yetirdiklərini danışdı.

DogruXeber.az xəbər verir ki, ötən gün Ağsu rayon sakini Daşdəmirov Rövşən Məhbub oğlu redaksiyamıza gələrək bir neçə məmurun çirkin niyyət məqsədi ilə atasının qətlə yetirilməsi ilə bağlı müsahibə verib. Müsahibə zamanı rayon sakini D.Rövşən qeyd edib ki,atam D.Məhbub Firdovsi oğlu rayon rabitə şöbəsində baş xəzinadar vəzifəsində işləyirdi. Ağsu rayon sakini D.Rövşən Məhbub oğlu bildirib ki,”2002-ci ilin Sentyabır ayının 9-zu axşamı saat təqribən 20:30 radələri olardı rayonda bank müdiri işləyən Fətulla Seydəliyev evimizin qarşısında vaz 2106 –ı qırmızı rəngdə olan 06-024 dövlət qeydiyyat nömrəli xidməti avtomobilində dayanıb, atamı maşında söhbət etməyə çağırdı. Atam getdi və bir qədər söhbət edib, evə qayıdarkən əsəbi halda olduğu görə, biz nə baş verdiyini soruşduq. Atam isə bildirdi ki, boş verin heçnə olmayıb deyərək gərgin halda evə girdi.”

Rayon sakini D.Rövşən qeyd edir ki, ertəsi gün rayon polis şöbə rəisinin müavini Seydəliyev Mirfazil atamı polis şöbəsinə çağırıb bank müdiri işləyən qardaşı Seydəliyev Fətullanın ona etdiyi təklifi qəbul etməsini bildirib. Əks halda atamı öldürəcəyini bildirən polis şöbəsinin rəis müavini S.Mirfazil bir neçə saat vaxtın var, get qəbul et -deyə atamı iş yerinə getməsinə icazə verib. Şikayətçi D.Rövşəndən soruşduqda ki, Seydəliyev qardaşlarının atana etdiyi təklif nə olmuşdur ? D.Rövşən bidirdi ki, “rabitə şöbəsi əhaliyə verilən pulları bankdan götürüb əhaliyə verir atam isə baş xəzinadar olduğuna görə bankdan götürülən pulu özü imzalayıb götürərdi. Bankdan rabitə üçün son götürülən pulu Seydəliyev Fətulla və qardaşı Seydəliyev Mirfazil tələb ediblər ki,götürülən pulları əhaliyə vermə ,ver bizə onları da faiz ilə rayon sakinlərinə pul kireditə versinlər.” Atam isə Seydəliyev qardaşlarının təkliflərini qəbul etmədi.

D.Rövşən Məhbub oğlu ertəsi gün nələr baş verdiyini belə nəqil etdi.”Atam səhər tezdən işə gedəndə anama dedi ki, nahara gələcəm deyə işə getdi .Günorta saat 14:00 radələrində ev telefonumuza zəng gəldi dəstəyi qaldirdiq da, bizə bildirdilər ki, atanız avtoqəzaya düşüb rayon xəstəxanasına yerləşdiriblər gəlin ora. Biz ailəvi rayon xəstəxanasına getdik və atamı xərəkdə uzanmış vəziyyətdə başından odlu silah ilə vurulduğunun şahidi olduq. Şikayətçi D.Rövşən onuda qeyd etdi ki,”atamın iş yerində öz əl yazması ilə yazılmış yazını rabitə şöbəsinin müdiri mənə və rayon prokroruna təqdim etdi. Yazıda atam qeyd etmişdir ki,başıma bir iş gəlsə bilin ki,Seydəliyev qardaşları edib.

Sonunda işin gedişatı hüquq mühafizə orqanları tərəfindən necə araşdırılıb sonuclandı ? D.Rövşən Məhbub oğlu bildirdi ki,”kecmiş nazir Səlim Müslümov Seydəliyev Fətulla və Seydəliyev Mirfazilin bacısı oğlu olduğuna görə işi yalandan ad qoydular ki, atam özü-özün vurub . Hansı dövlət orqanına müraciət etsək də keçmiş nazir Səlim Müslümov imkan vermirdi ki,işin üstü açılsın.”

Qarşı tərəflərdən biri mövqey bildirməktən imtina etdi. Digər adı çəkilən şəxsləri dinləyib mövqeylərin dərc etməyə hazırıq:


Xeberfakt.az



Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

ARXİV


Рейтинг@Mail.ru