Xeberekspress.az saytının yaydığı xəbərə görə adı çəkilən saytda ictimai əsaslarla "jurnalist" fəaliyyəti ilə məşğul olan əməkdaşı qovulub

may-19
01:15 2018
Xeberekspress.az saytının yaydığı xəbərə görə adı çəkilən saytda ictimai əsaslarla "jurnalist" fəaliyyəti ilə məşğul olan əməkdaşı qovulub

Sayt rəhbəri Ruhiyyə xanımın bildirdi ki, saytda ictimai əsaslarla çalışan Hacıqabul rayonunda qeydiyyatda olan lakin Şirvan şəhərində yaşayan Cəfərov Akif Azadxan oqlu jurnalistin peşə etikası qaydalarına riayət etmədiyinə, yüngül həyat tərzi və badəpərstlik etdiyinə, ən əsası isə dövlət idarə və müəssisə rəhbərlərinə hədə qorxular gələrək şantaj üsulu ilə pul tələb etdiyindən Xeberekspress.az saytından qovulub. Vəsiqəsinin redaksiyaya təhvil verməsi ilə əlaqədar Akif Cəfərova müraciət olunsa da o, vəsiqəni təhvil verməmək üçün müxtəlif cür özünəməxsus bəhanələrlə vəsiqəni təhvil verməkdən yayinmisdir. Sayt rəhbəri qeyd etdi ki, Akif Cəfərovun bu kimi əməlləri ilə baqli inzibati orqanlara artıq həm hədə-qorxu gələrək pul tələb etdiyi dövlət idarə müəssisələri və redaksiya tərəfindən müraciət olunub. Yaxın vaxtlarda xəstəliyindən və əlilliyindən istifadə edərək jurnalist adı ilə şantaj üsulunu özünün qazanc mexanizminə çevirən Akif Cəfərovun məsuliyyətə cəlb olunacaqi qaçılmazdır. Sayt rəhbəri Ruhiyyə xanım Eldarqizindan Akif Cəfərovun haqqında konkret olaraq hansı orqanlara şikayət olunduğunu soruşduq. Ruhiyyə xanım bildirdi ki, Akif Cəfərov haqqında redaksiyaya müxtəlif səpkili şikayətlər daxil olurdu, lakin kollektiv tərəfindən xəstəliyi və əlilliyi nəzərə alinaraq tərəfimizdən tənbeh olunsa da qovulmurdu. Ancaq sonuncu dəfə Şirvan Əlillərin bərpa Mərkəzinin baş həkimi Könül xanım Abbasovadan hədə qorxu ilə pul istəməsi və istəyinə Nail olmadığı halda mərkəzin iscisi ilə əlbir olaraq baş həkimə şantaj və hədə-qorxu gəlməsi artıq bizi Akif Cəfərov barəsində konkret qərar verməyimizə səbəb oldu. Ruhiyyə Eldarqizi əlavə olaraq bildirdi ki, Mərkəzin əməkdaşınin Facebook səhifələrində Akif Cəfərovla birlikdə çıxışları həqiqəti əks etdirmir, həmçinin sər, böhtan və santajdan başqa bir şey deyildir.

P.S. Xəbər Portalı olaraq qeyd edək ki, sözü gedən mərkəzin təşkil etdiyi bir çox tədbirlərin iştirakçısı olmuşuq. Həqiqətən də Könül Abbasova baş həkim təyin olunandan sonra Mərkəzdə böyük dəyişiklik və abadlıq işləri görüb.

Xeberfakt.az

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV


Рейтинг@Mail.ru