Mingəcevir Şəhəri Ağdam rayon adına 51 saylı məktəbdən repartaj

may-19
10:00 2018
Mingəcevir Şəhəri Ağdam rayon adına 51 saylı məktəbdən repartaj

Mingəcevir Şəhərində yerləşən Ağdam rayon adına olan 51 saylı tam orta məktəbdə kecirilən təntənəli tədbirdə.
Tədbirdə məktəb rəhbərliyi və müəllim kollektivi iştirak edirdi. Dövlət himnimizin səslənməsi ilə başlanan tədbirdə şagirdlərin həsr etdikləri şeir və mahnılar səsləndi, milli və əcnəbi rəqs nümunələri nümayiş olundu.
Məktəbimizin müellim kolektivinə öz minetdarlıqimizi bildiririk. Belə gözel tədbirlər kecirərək həm şəhərimizin, həmdə məktəbimizin şagirdlərinin fəxri olan müəllimlərimizə sonsuz teşəkürümüzü bildiririk.
Başda olaraq məktəbimizin direktoru Afaq Mehtiyevaya təşəkürümüzü bildiririk. Məktəbimizin fəxri olan bu layihənin üzərində canla başla öz dəyərli vaxtını gözəl kompazisyanı təşgil edən, Əkbərova Gülnar Arif qızına öz təşəkürümüzü bildiririk və onun sayəsində məktəbimizin diger müellimləri Vüsalə, Sevinc, Səbinə, Gülnaz, Vüsalə, Asimə bu xanım müellimlərimizədə öz sonsuz teşəkürümüzü bildiririk.
Müəllimlik dünyada ən çətin və ən şərəfli peşədir. Müəllimlər şagirdlərin hər tərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını böyük həvəslə sərf edirlər. Hər birimizin layiqli vətəndaş kimi yetişməsində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur. Əbəs yerə deyil ki, ümummilli lderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. Heydər Əliyev deyirdi: “ Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir. “ Ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların qayğısına qalmışdır. Bu gün bu qayğı və ehtiram ölkəmizdə çox uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilimizə olan yüksək diqqət və qayğısı, ölkə başçımızın göstərişləri əsasında atılan addımlar, həyata keçirilən təhsil islahatları, icra edilən dövlət proqramları təhsil sistemində uğurlu inkişafın əldə edilməsinə, yüksək nailiyyətlərin qazanılmasına xidmət edir. Hər sahədə olduğu kimi, təhsilimizdə də olan inkişaf müəllimləri daha böyük həvəslə işləməyə, onları təhsilimizə öz töhvələrini verməyə vadar edir.
Tədbirin sonunda məktəbimizin müəllim və şagirdləri öz xoş təəssüratlarını tədbir iştirakçıları ilə bölüşərək, dərin minnətdarlıqlarını bildirdilər. Məktəbimizin direktoru Afaq Mehtiyeva xanım da təbrik nitqi ilə çıxış edərək, müəllim və şagird kollektivinə yeni-yeni ugurlar arzuladı.
Xeberfakt.az
Mingəcevir Şəhəri Ağdam rayon adına 51 saylı məktəbdən repartaj
Mingəcevir Şəhəri Ağdam rayon adına 51 saylı məktəbdən repartaj
Mingəcevir Şəhəri Ağdam rayon adına 51 saylı məktəbdən repartaj
Mingəcevir Şəhəri Ağdam rayon adına 51 saylı məktəbdən repartaj
Mingəcevir Şəhəri Ağdam rayon adına 51 saylı məktəbdən repartaj
Mingəcevir Şəhəri Ağdam rayon adına 51 saylı məktəbdən repartaj
Mingəcevir Şəhəri Ağdam rayon adına 51 saylı məktəbdən repartaj
Mingəcevir Şəhəri Ağdam rayon adına 51 saylı məktəbdən repartaj
Mingəcevir Şəhəri Ağdam rayon adına 51 saylı məktəbdən repartaj

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

ARXİV


Рейтинг@Mail.ru