İmişli RİH-in hüquq şöbəsinin müdiri Rahim Zahidovun oğlu rayonda əlil və şəhid ailələri üçün tikilən binadan necə mənzil aldı?

may-21
10:13 2018
İmişli RİH-in hüquq şöbəsinin müdiri Rahim Zahidovun oğlu rayonda əlil və şəhid ailələri üçün tikilən binadan necə mənzil aldı?

Rahim Zahidov bu faktı mənsub olduğu partiyanın yerli rayon şöbəsindən gizləyibsə, o halda deməli ya kadr yerində deyil, ya da idarəçilik formatını dəyişmək lazımdır.

Xatırldaq ki, son bir neçə ildə mətbuat mişli rayonunda məmur özbaşınalığı haqqında çoxlu faktlarla müşayət edilən, o cümlədən audio, video faktlarla təsdiq edilmiş məlumatlar dərc edib. Təəssüf ki, ölkə Prezidenti cənab İlham Əliyevin etibar etdiyi şəxslər bu məsələlərin aradan qaldırılması üçün hər hansı müsbət nəticəsi olan hərəkətlər etməyiblər. Əks halda ilk hadisədən sonra hər hansı əməlin törədilməsi mümkün olmazdı. Kiçik çaplı əyalət məumrunun olduqca böyük rəqəmlərlə müşayət olunan korrupsiyada cinayət məcəlləsinin müvafiq maddəsi ilə ittiham edilməsi, hansısa sıradan bir məmurların Prezident iradəsinə qarşı çıxması, müəssisə rəhbərinin əlbəyaxa döyüşü, bədənə xəsarət yetirməsi və s. qanuna zidd əməllər yuxarıda qeyd edildiyi kimi məhz İmşli rayonunda baş verib.
Ötən gün Conflict.az-a İmişlidəki mənbədən daxil olan məlumatda bildirilir ki, rayon İH-nin hüquq şöbəsinin müdiri Rahim Zahidov əlil və şəhid ailələri üçün tikilən binadan oğlu üçün iki otaqlı mənzil alıb. Mənbənin bildirdiyinə görə R.Zahidovun oğlunun cəhbədə döyüşüb - döyüşməmsi ilə bağlı hər hansı məlumat yoxdur. Hətta olsa belə, RİH-nin hüquq şöbəsinin müdirinin evə və ya mənzilə digər bu kateqoriyadan olan şəxslərdən daha ciddi ehtiyacı yoxdur. Xatırladaq ki, İH başçısının I müavini Səfa Ağayev paralel olaraq İmişli rayon YAP-ın şöbə sədridir. Belə olan təqdirdə hakim partiyanın yerli şöbəsinə rəhbərlik edən şəxsin belə bir faktdan xəbərsiz olması görəsən necə mümkün olub? Əgər Rahim Zahidov bu faktı mənsub olduğu partiyanın yerli rayon şöbəsindən gizləyibsə, o halda deməli ya kadr yerində deyil, ya da idarəçilik formatını dəyişmək lazımdır. İşğal olunmuş ərazilərin düşməndən geri alınması üçün yenidən müharibə ilə bağlı cənab Prezident əmr verəcəyi təqdirdə hakim partiyanın yerli şöbələrinin üzərinə olduqca ciddi iş düşəcək. Hərbi vətənpərvərlik təbliğatı məhz bu şöbələrin yerli rəhbərləri tərəfindən aparılacaq. I Qarabağ müharibəsində əlil və ya şəhid olmuş şəxslərin ailələri sözsüz ki, prosesin aktiv tərəfləri olmalıdır. Belə olan təqdirdə haqqına girilərəkən görməməzlikdən gələn və ya haqqını müdafiə etməyən şəxsə həmin insanlar necə etibar edəcəklər? Məlumatı verən mənbəni bildirdiyinə görə mənzilə ehtiyacı olan, lakin mənzil ala bilməyən şəxslərdən biri, RİH-nin başçısı Vilyam Hacıyevin qəbulunda olub. Və şikayətçi Rahim Zahidovun oğlu üçün aldığı mənzillə əlaqədar icra başçısına məlumat verib. Mənbənin bildirdiynə görə V.Hacıyev şikayətçiyə məsələ ilə bilavasitə özünün məşğul olacağı ilə bağlı vəd verib.

Mövzuya qayıdacağıq.

Xeberfakt.az

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

ARXİV


Рейтинг@Mail.ru