ELSEVƏR AĞAYEVİN QONAĞI OLAN MƏMUR XANIMIN AVTOMOBİLİ QARA RƏNGLİ "VOLKSWAGEN TOUAREG" OLUB

may-21
12:15 2018
ELSEVƏR AĞAYEVİN QONAĞI OLAN MƏMUR XANIMIN AVTOMOBİLİ QARA RƏNGLİ "VOLKSWAGEN TOUAREG" OLUB

Keçən yazımızda səhiyyə nazirinin müavini Elsevər Ağayevin qonağı olan bir məmur xanım haqda məlumat vermişdik.
Xatırladaq ki, yazıda qeyd edlirdi ki, 365İNFO saytının redaksiyasına daxil olan məlumata görə Bakının mərkəzi rayonlarının birinin icra başçısının müavini olan xanım səhiyyə nazirinin müavini Elsevər Ağayevin evində qonaq olub.

“Qonaqlıqdan çıxan Elsevər Ağayevin istəkli qonağı olan məmur xanım “Cip” avtomobilinin sükanına özü əyləşib və evinə qayıdarkən yolda qəza törədib. Belə ki, gecə yarı məmur xanım-sürücü yolun hərəkət hissəsinə qoyulmuş beton dirəyi qaranlıqda görə bilmədiyi üçün avtomobili vaxtında saxlaya bilməmişdir. Nəticədə avtomobil dirəyə çırpılaraq yararsız hala düşmüşdür. Məmur xanımın özü əhəmiyyətsiz dərəcədə əzilsə də bərk qorxmuşdur. Hadisə yerinə gələn YPX əməkdaşları məmur xanımın avtomobili içkili vəziyyətdə idarə etdiyini müəyyən etmişlər. Kömək üçün məmur xanım tez dostu Elsevərə zəng etsə də, Elsevər Ağayevdən əvvəl hadisə yerinə özünü məmur xanımın köhnə dostu – keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov çatdırıb. Onlar baş verən yol-nəqliyyat hadisəsinin qeydiyyata alınmamasını YPX ilə razılaşdıraraq, gizlində saxlanmasına müvəffəq olublar.

Hadisədən sonra rayonun icra başçısı “piyada qalmış” məmur xanıma tezliklə daha təmtəraqlı xidməti avtomobil gətirtdirəcəyinə söz verib.

Bütün bunlara baxmayaraq, məmur xanım bu hadisədən media nümayəndələrinin xəbər tutacağından bərk narahatdır. Narahatçılığının səbəbi isə budur ki, məmur xanım ölkənin İnsan hüquqları üzrə müvəkkili-ombudsman, ömrünün ahıl çağlarını yaşayan Elmira Süleymanovanı vəzifəsində əvəz etmək niyyətindədir”, – yazıda bildirilirdi.

Dərc olunan yazıda həmin xanımın adını çəkmədiyimiz üçün biz hətta feysbuk istifadəçiləri tərəfindən qınanmışdıq da.

Hətta bizi gözü götürməyən bəzi şəxslərin trolları məmur xanımın adını çəkmədiyimiz üçün bizi hansısa maraq güdməkdə ittiham etmişdilər. Ancaq bu heç də elə deyil.

365İNFO saytının əldə etdiyi daha bir məlumata görə hadisəni törədən məmur xanımın avtomobili qara rəngli “Volkswagen Touareg ” olub. Digər bir məlumata görə isə bu məmur xanım, hər hansı bir təmtəraqlı məclisin keçirilməsinin məmurlara qadağan edilməsinə baxmayaraq, ötən payızda oğluna elə bir fantastik toy etmişdir ki, həmin məclisindən “pıçıldaşmalar” hələ də kəsilmir. Məmur xanım toya dəvətlilərdən 1 milyondan çox pul yığdığını məmnunluqla danışaraq həmkarlarına bir növ “yanıq verməkdən” xoşallanır.

Xeberfakt.az

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

ARXİV

Рейтинг@Mail.ru