DOST-la bağlı əsas planımız bütün ölkəni... - Nazir

avq-11
07:44 2018
DOST-la bağlı əsas planımız bütün ölkəni... - Nazir

Bu ilin sonunadək, yəni dekabr ayında ilk DOST mərkəzinin açılması planlaşdırılır.

Report xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Aztv-nin "Günün nəbzi" verilişinə müsahibəsində deyib. O bildirib ki, hazırda araşdırmalar aparılır, araşdırmaların bir hissəsi də pilot regionun seçilməsidir: "İlk mərkəzin paytaxt Bakıda olmasını düşünürük. Sentyabr ayında pilot rayonumuz artıq dəqiqləşdiriləcək. İlk DOST mərkəzi açıldıqdan sonra növbəti ildə təbii ki, şəbəkə genişlənəcək. Əsas planımız bütün Azərbaycanı əhatə etməkdir". Nazirin sözlərinə görə, DOST Agentliyi və DOST mərkəzləri ölkədə həyata keçirilən islahatların davamıdır: "Bu islahatların kökündə Azərbaycan vətəndaşlarının məmnunluğu dayanır. Mərkəzlərdə ənənəvi xidmətlərlə yanaşı, vətəndaşlara sosial-psixoloji dəstək də göstəriləcək".S.Babayev qeyd edib ki, DOST mərkəzlərində əhaliyə 126 xidmət növünün göstərilməsi müəyyən edilib: "Mərkəzlərdə səyyar xidmətlər də olacaq. "Gənc dost" proqramı əsasında könüllülər də mərkəzlərdə işə cəlb ediləcək".

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ARXİV


Рейтинг@Mail.ru