Sabiq nazirin qardaşı oğlu məhkəmədən narazı qaldı

Şub-09
15:56 2018
Sabiq nazirin qardaşı oğlu məhkəmədən narazı qaldı

Ziya Məmmədovun qardaşı oğlunun şikayətçi olduğu şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəməsi davam edib. İşə hakim Azər Paşayevin sədrliyi ilə baxılıb.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs sabiq nazir Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur.

Məhkəmədə şahid qismində Tofiq Musayev ifadə verib. O, K-1 idman növü üzrə idmançı olduğunu və Rövşən Heybətovun tələbəsi olduğunu deyib. O, Rövşən Heybətov Türkiyəyə gedərkən onunla birlikdə olan iki idmançıdan biridir.

Tofiq Musayev Türkiyəyə məşq üçün getdiklərini və oradan da yarışlarda iştirak etmək üçün başqa ölkəyə getməyi planlaşdırdıqlarını deyib: "Türkiyəyə çatanda Rövşən müəllim bizi otelə yerləşdirdi. Dedi ki, işi var. Həmin vaxt Elnur Məmmədov da oteldə olub. Otelə zəng gəldi ki, Rövşən müəllim qəzaya düşüb. Biz də xəstəxanaya getdik. Onda tam olaraq özündə deyildi. Elnur müəllim də orada idi. O, nə gördüsə, biz də onu gördük".

T.Musayev qeyd edib ki, daha sonra polisə gediblər: "Rövşən müəllim xəstəxanadan çıxandan sonra polisə getdik. Qəzanın necə baş verdiyini soruşduq. Rövşən müəllim dedi ki, maşında əmanət var. Polislər dedi ki, heç nə olmayıb. Mən Rövşən müəllimin nə işi olduğunu, nə qədər pul götürdüyünü bilmirdim".

T.Musayev istintaqa Rövşən Heybətovun götürdüyü pulun məbləğini bildiyini deyib. O, bu ziddiyyəti belə izah edib: "Uzun zaman keçib. Nə demişəmsə, onu da təsdiq edirəm".

Digər əsas şahid, Rövşən Heybətovla birlikdə Türkiyəyə gedən Vüqar Kərəmov da məhkəmədə ifadə verib. V.Kərəmov da digər şahid kimi eyni məzmunlu ifadə verib. Vüqar Kərəmov da ifadəsində Rövşən Heybətovun pul götürdüyünü və kiminləsə görüşdüyünü söyləyib.

Elnur Məmmədov isə Rövşən Heybətovun xəstəxanada heç bir xəsarətlə yerləşdirilmədiyini deyib.

Qeyd edək ki, məlumata görə, sabiq deputatın oğlu Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 100 min manat pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib. Rövşən Heybətov saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilib və 5 ay həbsdə qalıb. Daha sonra isə ev dustaqlığına buraxılıb.

Sabiq deputatın oğlu E.Məmmədov R.Heybətova 100 min manat verdiyini və onu Türkiyəyə iş görmək üçün yola saldığını deyib. Rövşən Heybətov isə Türkiyədə avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman isə pulun üzərində olmadığını görüb. E.Məmmədov isə buna inanmayaraq R.Heybətovdan şikayətçi olub. İstintaqda Elnur Məmmədov məbləğin 210 min olduğunu deyib. Rövşən Heybətov isə 150 min ödədiyini deyib.

Qeyd edək ki, Elnur Məmmədov "Best of the Best" promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.

Xatırladaq ki, jurnalist Fərahim İlqaroğlunun döyülməsində də Elnur Məmmədovun adı keçirdi.

Xeberfakt.az

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Şubat 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728 

ARXİV


Рейтинг@Mail.ru