Afrindən Qara Xəbər!-Türkiyə bir gündə 11 şəhid verdi

Şub-11
08:59 2018
Afrindən Qara Xəbər!-Türkiyə bir gündə 11 şəhid verdi


Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində əməliyyatların 22-ci günündə 11 əsgər şəhid oldu.Şəhidlərin kimlikləri bəlli olduqdan sonra acı xəbər əsgərlərin ailələrinə çatdırılıb.
Xeberfakt.az-ın məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının son məlumatında bildirilir.
HÜCUM vertolyotunun düşməsi nəticəsində 2 əsgər, gedən döyüşlərdə 9 əsgər şəhid oldu. 11 əsgər də yaralanıb.

1141 TERRORÇU ZƏRƏRSİZLƏŞDİRİLİB

TSQ-dən əməliyyata dair aparılan son açıqlamada, hərəkatın başlanğıcından etibarən zərərsizləşdirilən terrorçu sayının 1141 olduğunu bildirib.

Baş qərargah Rəhbərliyindən verilən məlumata görə, Zeytun Budağı Hərəkatı çərçivəsində Hava Qüvvələri Komutanlığınca həyata keçirilən hava hərəkatı terror təşkilatları PKK/KCK/PYD-YPG və DAEŞ-ə aid sığınacaq, sursat anbarı və silah mövqeyi olaraq istifadə edilən 36 hədəf məhv edilib.

Bölgədən əldə edilən məlumatlara görə, bu gün 79 terrorçu zərərsizləşdirilib.
Vüsalə Qələndərli

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Şubat 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728 

ARXİV


Рейтинг@Mail.ru