Qarabağ veteranı vətəndaşlıqdan imtina edir- VIDEO

Şub-13
09:34 2018
Qarabağ veteranı vətəndaşlıqdan imtina edir- VIDEO

Vətəndaş Vəliyev Alay Rəhim oğlu son ümid yeri kimi "Reportyor.org"u seçdi. Azərbaycan Respublikasının vətəndaşlığından imtina dərəcəsinə gətirilən soydaşımız saytımız vasitəsilə aidiyyatı qurumlara səsləndi. Biz də təbii olaraq, adətimiz üzrə vətəndaşların problemlərinin həlli istiqamətində təxirəsalınmaz operativ fəaliyyətimizi növbəti problemin həllinə çalışmaq ümidilə həmin videonu dəyərli oxucularımıza təqdim etmək istədik, ancaq videonu izləməmiş oxucuları ölkə prezidenti Cənab İlham Əliyevin fikirləri ilə tanış etmək qərarına gəldik. Çünki oxucularımız arasında səlahiyyət sahiblərinin də ola biləcəyi ehtimalı ilə bəlkə də Cənab Prezidentin mövqeyinə hörmət etməklə vətəndaşın probleminin həllində köməklik etmək istəyərlər-deyə düşündük. Yəqin ki, belə düşünməkdə yanılmırıq?! “Jurnalistlər fəaliyyətləri ilə inkişafa öz töhfələrini verirlər. Cəmiyyəti incidən, narahat edən problemləri üzə çıxarırlar. Sizə deyə bilərəm ki, mən bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni, əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm”. “Dövlət məmurları, yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz” Hesab edirik ki, əlavə şərhə ehtiyyac yoxdur....

Xeberfakt.az


Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Şubat 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728 

ARXİV


Рейтинг@Mail.ru