Lerik: ötən il bitkiçilik və heyvandarlıq məhsulları istehsalında 12 faiz artım qeydə alınıb

Şub-13
23:20 2018
Lerik: ötən il bitkiçilik və heyvandarlıq məhsulları istehsalında 12 faiz artım qeydə alınıb


Fevralın 13-də Lerik Rayon Mədəniyyət Mərkəzində keçirilən yığıncaqda ötən il rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov bildirib ki, son illər ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar Lerik rayonunun da inkişafında çox böyük irəliləyişlərə səbəb olub. 2017-ci ildə rayonda əsas sahələr üzrə məhsul istehsalının həcmi xeyli artıb.

Qeyd olunub ki, 2017-ci ildə rayonda 52434,7 min manatlıq bitkiçilik və heyvandarlıq məhsulları istehsal edilib. Bu, əvvəlki illə müqayisədə 5598,2 min manat və ya 12 faiz çoxdur. 1377 hektarda kartof, 318,5 hektarda müxtəlif növ tərəvəz, 25 hektarda tütün və 269,3 hektarda digər yazlıq bitkilər əkilib, əvvəlki illə müqayisədə 2471,3 ton çox taxıl istehsal olunub. Sahələrdən 17350,1 ton kartof, 4127,9 ton tərəvəz, 262,3 ton paxlalı bitkilər, 1117,6 ton meyvə tədarük edilib.

Məruzədə vurğulanıb ki, rayonda ənənəvi kənd təsərrüfatı sahələrinin bərpası sahəsində də müəyyən işlər görülüb. Ötən il 25 hektarda tütün, ilk dəfə olaraq 50 hektarda 60 mindən çox fındıq tingi əkilib. 42 ton yaşıl tütün yarpağı, 14500 kiloqram quru tütün yığılaraq təhvil verilib. Rayonda tütünçülüyün inkişafı üçün geniş imkanlar var.

Hesabat ilində rayonda sosial məsələlərin həllinə də diqqət artırılıb, bu sahədə bir sıra layihələr həyata keçirilib, 975,6 min manat dəyərində tikinti-abadlıq işləri görülüb. Lerik şəhərinin içməli su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yaradılması ilə bağlı Qosmalian-Lerik yüksəktəzyiqli magistral su xətti, həmçinin şəhərdaxili su və kanalizasiya xətlərinin bir hissəsi çəkilib, bir neçə məhəllədə sututarlar inşa edilib. Hazırda içməli suyun təmizlənərək əhaliyə verilməsi, eləcə də çirkab suların təmizlənməsi üçün qurğular tikilir. 2017-ci ildə rayonda 1740 yeni iş yeri açılıb ki, onlardan 994-ü daimi iş yerləridir.

Müzakirələrdə çıxış edən rayon maliyyə idarəsinin rəisi Elman Abbasov, kənd təsərrüfatı idarəsinin rəisi Mahmud Zahidov, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyi Lerik rayon şöbəsinin sədri Veysəl Məlikov və başqaları ötən il rayonda sosial-iqtisadi sahədə görülmüş işlərdən danışıb, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.

Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov iştirak edib.

Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Şubat 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728 

ARXİV


Рейтинг@Mail.ru