Əhəd Abıyev aprel qazisini Elmar Vəliyev və Kərəm Həsənovla qovğasına bağladı – Qalmaqal

Şub-14
12:47 2018
Əhəd Abıyev aprel qazisini Elmar Vəliyev və Kərəm Həsənovla qovğasına bağladı – Qalmaqal

2016-cı ilin aprelində Qarabağda gedən döyüşlərdə ağır şəkildə yaralanmış Arzu Məmmədovun Daşkəsən icra başçısı Əhəd Abıyev haqda söylədikləri qalmaqala səbəb olub

Aprel qazisinin icra başçısının qəbuluna düşə bilməməsi, mənzil problemi zamanı dələduzluqla üzləşməsi ciddi rezonans doğurub.

Ə.Abıyev mediada məsələnin ictimailəşməsindən ciddi şəkildə təşvişə düşüb. Ona görə də İcra Hakimiyyəti tərəfindən rəsmi açıqlamalar tirajlanır.

Rəsmi açıqlama da məhz aprel qazisinin İH-də Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini işləyən əmisi qızı Aida Nağıyevanın adından mətbuata ünvanlanıb.

Ə.Abıyev qazisinin qohumunu qabağa verərək özü haqda deyilənlərin yalanlamağa çalışır. Faktiki olaraq isə düşmənlə üzbəüz savaşaraq sağlamlığını itirən gənc ev fırıldağı ilə qarşılaşıb.

Daşkəsənin icra başçısı isə məsələni siyasi istiqamətə çəkərək barəsində kampaniya aparıldığını iddia edib. Açıqlamada bildirilir ki, Ə.Abıyevin filiz kombinatı problemini açıqlaması ona qarşı qara piar aparılmasına səbəb olub.

Həmin kombinat Əmlak Komitəsinin balansındadır və sədr Kərəm Həsənovla Əhəd Abıyev arasında açıq savaş gedir.

Eyni zamanda bu qovğada Gəncə icra başçısı Elmar Vəliyev də yer alır. Gəncə meri ilə komitə sədri qudadırlar. Ə.Abıyev isə vaxtilə qardaş olduğu qüvvələrlə kombinat uğrunda mübarizəyə çıxıb.

Hazırda kombinata “Baku Steel Company” direktoru Rasim Məmmədovun adamı rəhbər təyin olunub.

Daşkəsən İH isə aprel qazisinin məsələsini kombinat qalmaqalına bağlayaraq Abıyev haqda qaralama kampaniyası getdiyi təəssüratı oyadır.

İH-in açıqlamasından sitat: “Başçı Daşkəsən “Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsinin gecikdirilməsini, bəzi şəxslərin kombinatda böhran yaratdığı üçün işçilərin əmək haqlarının verilməməyinin səbəblərini, müəssisədə ciddi maliyyə problemlərinin yaranması və külli miqdarda vəsaitin mənimsənildiyini çıxışında açıqladıqdan sonra ona qarşı qara “piar” kampaniyasına start verilib”.

Vurğulanır ki, aprel qazisinin sosial problemini siyasiləşdirən və məmurlarla savaşına bağlayan Ə.Abıyev gəncin adından sui-istifadə edir.

Halbuki, sağlamlığını itirən bu gənc mənzil probleminin həllini xahiş edir və üzləşdiyi dələduzluqdan bəhs edir.

Ancaq İH-nin açıqlamasından belə nəticə hasil olur ki, Ə.Abıyev kombinat məsələsini açıq şəkildə dediyi üçün kimlərsə aprel qazisini məqsədli şəkildə təlimat verərək mətbuata çıxarıblar.

Ən dəhşətlisi budur ki, könüllü orduya gedən və vətən uğrunda sağlamlığını itirən gəncin qohumu onu sələmçilikdə ittiham edib.

A.Nağıyeva bildirir ki, Arzu Məmmədov 2008-ci ildən 2010-cu ilə kimi “Kapital Bank”ın Daşkəsən filialında kredit şöbəsində müfəttiş işləyib.

Onun sözlərinə görə, A.Məmmədov həmin dövrdə bəzi şəxslərə faizlə sələmə pul verib, filialın sabiq müdiri Rauf Yusifovu şərləyərək onun işdən çıxarılmasına nail olub:

“Kredit mütəxəssisi işləyən Arzu Məmmədov bir müddət filial müdiri vəzifəsini icra edərək ayrı-ayrı vətəndaşlara sələmə və kreditə verdiyi pullarla bağlı bankda yaratdığı ciddi problemlərə görə işdən azad edilib. Sonra da o, rayondan qaçıb gedərək hərbi hissələrin birində müddətdən artıq xidmət edən əsgər (MAXE) kimi xidmətə başlayıb.

Bildirirəm ki, Arzu Məmmədovun Daşkəsən Rayon İcra Hakimiyyəti ilə bağlı yaydığı məlumatlar şər-böhtan xarakterli olmaqla əsassızdır.

Ona və ailəsinə qarşı, ümumiyyətlə, hər hansı bir hədə-qorxudan söhbət belə gedə bilməz, o, bəzi maraqlı şəxslərin təsiri altına düşərək onların qarayaxma kampaniyasına xidmət göstərir”.

Bu hadisənin faciəsi budur ki, Ə.Abıyev tabeliyindəki işçini öz əmisi oğlu əleyhinə bəyanat verməyə məcbur edir, qazini dələduz, sələmçi adlandırmağa sürükləyir.

Qarabağ qazisindən sələmçi, dələduz olmaz. Bu biabırçı açıqlama Ə.Abıyevi növbəti dəfə ifşa etdi.

Əgər icra başçısı aprel qazisinin dərdini çəkirdisə, qayğısına qalırdısa, məsələ mətbuata çıxmazdı, onun əlindən tutub mərkəzi orqanlara aparardı, köməklik göstərilməsini xahiş edərdi.

Hər hada yuxarılar da icra başçısının müraciətinə arxa çevirməyəcəkdilər. Ancaq başçı əmi qızını qazi olan əmi oğlu əleyhinə bəyanat yaymağa məcbur edən ikrah doğuran addım atmağa təhkim edir.

Hələ bu da ayrı məsələdir ki, onun bankda hansısa qanunsuz əməli varsa, buyurub cinayət işinin materiallarını təqdim etsinlər.

Lakin Ə.Abıyevin həbs olunan “Gündəlik Bakı”nın baş redaktoru Habil Vəliyevlə əlaqələrinin olması sübuta yetirilib.

Qarşı tərəfi dinləməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.(fia.az)

Xeberfakt.az

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Şubat 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728 

ARXİV


Рейтинг@Mail.ru