Bu da Xaləddin İsgəndərovun rayonunda baş verir...

fev-15
12:06 2018
Bu da Xaləddin İsgəndərovun rayonunda baş verir...

Binəqədi rayonu, Binəqədi qəsəbəsində 1-ci mədən adlanan ərazidə N saylı hərbi hissəyə bitişik ticarət iaşə obyektlərinin tikintisi hərbi hissə rəhbərliyini ciddi narahat edir.

Bununla bağlı hərbi hissə rəhbərliyi müvafiq dövlət qurumlarına müraciət edərək tikintinin qanunsuz olduğu bardə müraciətlər etməyinə baxmarayaq, hamısı nəticəsiz qalıb.
Bu barədə Gununsesi.info-ya adıçəkilən hərbi hissədən məlumat verilib.
Qadağan olunmuş ərzidə tikintisi ilə dəfələrlə müvafiq qurumlara müraciət olunsa da, bunun qarşısını almaq mümkün olmayıb. Bildirilib ki, məslə ilə bağlı hətta Binəqədi RİH başçısı Xaləddin İsgəndərova da müraciət olunub. İskəndərov isə bildirib ki, ərazidə tikinti ilə bağlı icazəni o deyil, Bakı Şəhər İcra Hakimiyyəti verdiyindən prosesə müdaxilə edə bilməz. Maraqlısı budur ki, məsələ ilə bağlı hətta Müdafiə Nazirliyi adından edilən müraciətlər belə nəticəsiz qalıb.

Hərbi hissədən bildirilib ki, tikinti başa çatandan sonra istənilən kənar şəxs hərbi hissənin ərazisini izləyə, fotosunu və ya videosunu çəkib istənilən ünvana göndərə bilər. Bunlara görə narahatlıq keçirən hərbi hissə rəhbərliyi tikintinin adı çəkilən hərbi hissənin divarlarına bitişik tikilməsinə qarşı çıxır.

Xeberfakt.az

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

ARXİV


Рейтинг@Mail.ru