"Çudo Peçka" işində 2.4 milyonluq müəmma - sürücüyə verilən pulu kim götürüb?

fev-16
00:02 2018
"Çudo Peçka" işində 2.4 milyonluq müəmma - sürücüyə verilən pulu kim götürüb?

"Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Musavat.com xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baxılıb.

Məhkəmə prosesində Çingiz Cəlilovun vəkili Janna Bağırova vəsatətlə çıxış edib.

Vəkil bildirib ki, "Çudo Peçka" MMC-nin 2011-ci ildən əvvəl icarəyə götürdüyü obyektlərin sahibləri də istintaq zamanı şahid qismində dindirilib.

J.Bağırova söyləyib ki, həmin şahidlərin işə aidiyyatı olmasa da müstəntiq bununla da şahidlərin sayını məqsədli şəkildə artırıb: "Göstərmək istəyiblər ki, guya onlar ağır bir cinayətin üstünü açıblar və guya bu cinayətin xeyli sayda şahidi var. Halbuki bu şəxslərin Çingiz Cəlilovun 2011-ci ildə aldığı kreditə heç bir aidiyyatı yoxdur".

Məhkəmə vəsatəti təmin etməyib.

Proses şahidlərin dindirilməsi ilə davam etdirilib. 2010-cu ildə "Bank Standart"da işlədiyini deyən Leyla Abbasova bankda pul köçürmə əməliyyatına nəzarət etdiyini söyləyib.

O deyib ki, Çingiz Cəlilov müştəri kimi banka gəlməsə də əməliyyatlar aparılıb. Onu bir neçə dəfə sədrin otağında görüb.

Vəkil Janna Bağırova şahid Leyla Abbasovaya sualında deyib ki, Çingiz Cəlilovun adına olan 2,4 milyon manat necə sürücü Aftandil adlı şəxsin adına köçürülüb? Vəkil söyləyib ki, bu əməliyyat üçün Çingiz Cəlilovun razılığı olan sənəd niyə olmayıb?

Şahid Leyla Abbasova cavab verib ki, qeyd edilən əməliyyat üçün Çingiz Cəlilovun razılığı olub: "Əgər Çingiz Cəlilovun razılığı olmasaydı pul başqasının adına köçürülə bilməzdi. Bu göstərişi Bankın idarə heyətinin sədri olmuş Səlim Kriman vermişdi. Mən necə soruşa bilərdim ki, niyə köçürüm? Amma onu qeyd edim ki, əgər razılıq olmasa köçürülməzdi".

Vəkil bildirib ki, hazırda Çingiz Cəlilov tərəfindən verildiyi deyilən razılıq ərizəsi tapılmır: "2,4 milyon manata görə verilən razılıq ərizəsi niyə yoxdur?".

Leyla Abbasova deyib ki, həmin arayışın ortada olmaması onun üçün də maraqlıdır: "Razılıq ərizəsi haradadır bilmirəm. Çünki burada marağım olmayıb. Bəs, Çingiz Cəlilov niyə 2016-cı ilə qədər bank gedib demirdi ki, məmim 2,4 milyonum hanı?".

L.Abbasova Çingiz Cəlilova nə məqsədlə kredit verildiyini bilmədiyini və pul köçürülnəsinin nə məqəsdlə həyata keçirildiyindən xəbərsiz olduğunu söyləyib.

Leyla Abbasova hazırda "Pashabank"da filial müdiri işlədiyini əlavə edib.

Daha sonra məhkəmədə sahibkar Elsəvər Ələkbərov ifadə verib. O deyib ki, Nizami rayonunda "Neftçilər" metrostansiyasının çıxışındakı obyekti "Çudo Peçka" şirkətinə icarəyə veriblər.

E.Ələkbərov qeyd edib ki, "Çudo Peçka" MMC həmin obyektdə cəmi 9 ay işləyib.

Məhkəmədə "Çudo Peçka" MMC-nin mühasibi olmuş Səbuhi Əbilov da dindirilib. O, şirkət üçün alınan kreditlərlə heç bir əlaqəsi olmayıb.

Xatırladaq ki, Baş Prokurorluq iş adamın həbsi ilə bağlı rəsmi açıqlama yayıb.

Məlumatda bildirilir ki, müxtəlif hüquqi və fiziki şəxslərin adından bankdan kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə birgə qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olmuş, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.

Ç.Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xeberfakt.az

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

ARXİV


Рейтинг@Mail.ru