“Park Solero”da nələr baş verir? - VİDEO

mar-12
14:10 2018
“Park Solero”da nələr baş verir? - VİDEO

“İnvestA” MMC rəhbərliyinin cinayət faktları niyə araşdırılmır?

Bir neçə gün öncə, Realliqinfo.org saytına daxil olan məlumatda bildirilirdi ki, Abşeron rayonu, Masazır qəsəbəsi, “Park Solero” yaşayış kompleksində ipoteka şərtləri ilə ev alan vətəndaşlar, tikintini aparan və kompleksdə evlərin satışını təşkil edən şəxslər tərəfindən aldadılıb.

Bundan sonra apardığımız araşdırmalardan aydın oldu ki, bir neçə il öncə “İnvestA” MMC rəhbərliyi tərəfindən salınan “Park Solero” yaşayış kompleksində 250 ev tikilib. Bu evlərin tikintisi zamanı vətəndaşlar – alıcılar işbazlar tərəfindən aldadılıb. Bununla yanaşı tikintini aparan şəxslərin kimliyinə də aydınlıq gəlib. Realliqinfo.org – un araşdırmalarından məlum olub ki, “Park Solero” yaşayış kompleksini Namiq və Natiq Quliyev qardaşları yaradıblar. Onlar Abşeron icra hakimiyyətinin sərəncamı əsasında tikinti aparmış, lakin təsdiq olunmuş eskiz layihəni saxtalaşdırmışlar. Bununla yanaşı vətəndaşlara ipoteka şərtləri ilə satılmış evlərin ölçüləri müqavilədə göstəriləndən kiçik həcmdədir. Vətəndaşları hər evə görə 44 kv. metr aldadan Namiq və Natiq Quliyev qardaşları dövlətin küllü-miqdarda vergisini mənimsəyiblər.

Saytın araşdırmaları zamanı diqqət çəkən məqam bu şəxslərin ipoteka şərtlərini “Bank Respublika” ilə razılaşdırmaları olub. Məlum olur ki, “Bank Respublika”ya rəhbərliyi bu qardaşlar edir. Bununla sənədləri saxtalaşdıran Namiq və Natiq Quliyevlər 250 – yə yaxın vətəndaşın hüquqlarını kobud şəkildə pozublar.

Qardaşların rəhbərlik etdiyi “İnvestA”MMC ilə “Bank Respublika”-nın şərikli oyununun qurbanına çevrilən vətəndaşların etirazları artmaqdadır. Lakin tikintini aparan şirkətin rəhbərliyi Namiq və Natiq Quliyev qardaşlarının haqlı etirazlara məhəl qoymaması narahatçılıq yaratmaqdadır. Onlar yaşayış kompleksində evlərin tikintisinin vətəndaşlar tərəfindən aparıldığını bildirir və bu yolla məsuliyyətdən yayınmaq istəyirlər. Qardaşların adına verilən sərəncam və evlərin vətəndaşlara satıldığı zaman bağlanan müqavilərlər onların yalanını üzə çıxarır. Bütün sənədlərin “İnvestA”MMC – yə məxsus olması və tikintini aparan şəxslərin Namiq və Natiq qardaşlarının olması danılmaz faktdır.

Dövlətin milyonlarla vergisini mənimsəyən, vətəndaşları hər evə görə 44 kv. metr aldadan, lakin sənədləri saxtalaşdıran bu şəxslərin qanunsuz əməllərinə biganə münasibət davam edir.
Realliqinfo.org olaraq “Park Solero” yaşayış kompleksində olduq. Redaksiyamıza müraciət edən vətəndaşların rast olduğu haqsızlıqla bağlı video çəkiliş apardıq. Şikayətçi Şahmuradov Məhərrəm onlara qarşı həyata keçirilən dələduzluq faktlarından geniş bəhs etdi. İndi həmin videonu diqqətinizə çatdırırıq:








Dövlətin aidiyyatı qurumlarının seçkiqabağı baş verən bu kimi faktlara biganə münasibəti narahatçılıq yaratmaqdadır. Biz isə faktların ictimailəşməsi və vətəndaşları aldadaraq dələduzluq edən şəxslərin cəzalandırılması üçün bundan sonra bu mövzuya geniş yer verəcəyik. Ümid edirik ki, Respublika Baş prokurorluğu dələduzların müdafiəçisi qismində deyil, haqsızlıqla üzləşən vətəndaşların hüquqlarını qorumağa borclu olan qurum kimi mövqeyini ortaya qoyacaq.
Bizi izləyin.

Xeberfakt.az

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

ARXİV


Рейтинг@Mail.ru