Azərbaycanın “Formula-1”dən qazancı açıqlandı

fev-15
17:58 2018
Azərbaycanın “Formula-1”dən qazancı açıqlandı

“PricewaterhouseCoopers” beynəlxalq audit şirkəti Azərbaycanın “Formula-1”dən əldə etdiyi qazancı hesablayıb.

Xeberfakt.az-ın xəbərinə görə, hesabata əsasən, Azərbaycanın yarışlardan gəlirləri 277,3 milyon dollar təşkil edib.

Hesabat Bakıda 2016-cı ilin iyununda baş tutmuş ilk Formula-1 yarışından bu günədək olan müddətdə Qran-Priyə ev sahibliyinin şəhərimizə faydalarının iqtisadi qiymətləndirilməsini əks etdirir.

Hesabatda göstərilən yekun məbləğ yarışlar ərəfəsində Formula-1 ilə əlaqədar Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir.

Məsələ ilə bağlı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai bilidirib ki, bu rəqəmə Formula-1 ilə əlaqədar Bakıya gələn qonaq və yarış iştirakçılarına mehmanxana, restoran və nəqliyyat istiqamətləri üzrə təqdim olunmuş məhsul və xidmətlər, həmçinin bu məhsul və xidmətlərlə birbaşa əlaqədə yaranmış digər gəlirlər daxildir.

Qeyd edək ki, üçüncü Azərbaycan Qran-Prisi 27-29 aprel tarixlərində keçiriləcək.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ARXİV


Рейтинг@Mail.ru