Şahin Mustafayev: Çinə şərab ixracına dair müqavilə imzalanıb

Şub-05
20:44 2018
Şahin Mustafayev: Çinə şərab ixracına dair müqavilə imzalanıb

2017-ci ildə Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 43% artıb.

Xeberfakt.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti ilə Çinə etdiyi səfər çərçivəsində, nəqliyyat naziri Li Siaopan ilə keçirilən görüşdə bildirib.

O bildirib ki, ölkəmizdə 100-dən çox Çin şirkəti fəaliyyət göstərir.

2016-cı və 2017-ci illərdə Çinin Honq Konq, Quancou və Şanxay şəhərlərinə Azərbaycanın ixrac missiyalarının təşkil edildiyini, şərablarımızın vahid ölkə stendi ilə nümayiş olunduğunu qeyd edib.

Məlum olub ki, Azərbaycan və Çin iş adamlarının iştirakı ilə səkkiz biznes-forum keçirilib. Bu tədbirlərin nəticəsi olaraq, Çinə şərab ixracına dair müqavilə imzalanıb, Azərbaycan şərabı mükafat alıb.

Bildirilib ki, Çinlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan şirkətləri öz məhsulları ilə bu il Çində “Sial China 2018”, “Çin-Avrasiya” və “China Internatıonal Import Expo” sərgilərində iştirak edəcək. Azərbaycan nümayəndə heyətinin Çinə səfəri çərçivəsində fevralın 6-da növbəti biznes-forum keçiriləcək:

“Hazırda Şanxay Beynəlxalq Ticarət Əməliyyat Mərkəzində “Azərbaycan Şərab Evi”nin açılmasına dair danışıqlar aparılır. Bütün bunlar, eləcə də, bu gün rəsmi açılışı olan Azərbaycanın Çində Ticarət Nümayəndəliyi əlaqələrin inkişafında önəmli olacaq”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Şubat 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728 

ARXİV


Рейтинг@Mail.ru