Bu qış nə qədər təbii qaz istehlak edilib?

Şub-14
17:07 2018
Bu qış nə qədər təbii qaz istehlak edilib?

Qış mövsümünün dünyanın əksər ölkələrində sərt keçməsi enerjiyə olan tələbatı artırıb.

Qeyd edək ki, 2017-ci ildə Azərbaycanda təbii qaz istehlakı 380,1 milyon kubmetr artıb.

Belə ki, 2017-ci ildə Azərbaycanda 12 milyard 168,6 milyon kubmetr təbii qaz istehlak edilib. 2016-cı ildə isə bu göstərici 11 milyard 788,5 milyon kubmetr olub.

Maraqlıdır, bu qış mövsümündə ölkə əhalisi nə qədər qaz istehlak edib? Ümumiyyətlə, qışın mülayim keçməsi respublika üzrə təbii qaz sərfiyyatına təsir edibmi?

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayev Xeberfakt.az-a açıqlamasında bildirib ki, tələbat artdıqca təbii qazın verilişi də artırılır:

“Şaxtalı hava günlərində qazın verilişi artırılır. Respublika üzrə fevral ayının 12-də 26 milyon 999 min kubmetr, fevral ayının 13-də isə 27 milyon 520 min kubmetr qaz istehlak olunub.

İki gün arasındakı artım 521 min kubmetr təşkil edir”.

İ.Kərbalayev bildirir ki, mövsümdən asılı olmayaraq, tələbat artdıqca təbii qazın verilişi artırılır.

Qeyd edək ki, fevralın 12-də Bakıda havanın tempraturu 10-2, regionlarda 8-1, respublikanın şimalında -3 dərəcə olub.

13 fevral tarixində isə Bakıda havanın temperaturu 9-3, regionlarda 7-0 dərəcə təşkil edib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Şubat 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728 

ARXİV


Рейтинг@Mail.ru