“Amazon” öz bankını yaradır

mar-06
16:52 2018
“Amazon” öz bankını yaradır

Dünyanın ən böyük elektron ticarət və texnologiya şirkətlərindən biri olan “Amazon” özünün bank xidmətini yaratmağa hazırlaşır.

Bütün xidmətləri online ödənişlərə əsaslanan “Amazon” bank hesabı və kredit kartı olmayan istehlakçıları da cəlb etmək üçün yeni bank sistemi yaradır.

Xeberfakt.az-ın “The Wall Street Journal”a istinadən verdiyi xəbərə görə, Türkiyə bazarına da girməyə hazırlaşan “Amazon” banklar vasitəsilə əldə edilə bilən bir məhsul üzərində iş aparır.

“Amazon” banklara rəqib olmaq istəmədiyini vurğulayır. Şirkət təqdim etdiyi xidmətlə hesabları, ödəniş proseslərini sürətləndirməyi və komissiyanı azaltmağı planlayır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ARXİV


Рейтинг@Mail.ru