“Bank Respublika”dan nağd kredit müştərilərinə bayram sürprizi

mar-12
17:59 2018
 “Bank Respublika”dan nağd kredit müştərilərinə bayram sürprizi

Günlərdir “Bank Respublika”dan gözlədiyiniz kampaniyaya artıq bu gün start verilir.

Bank Novruz bayramı ərəfəsində bayram alış-verişinə hazırlaşan istehlak krediti müştərilərini “Bərəkətli Novruz” kampaniyası ilə sevindirir.

Xeberfakt.az xəbər verir ki, cari ilin 12 mart – 12 aprel tarixləri arasında keçiriləcək kampaniya çərçivəsində “Bank Respublika”dan nağd kredit götürən müştərilər götürdükləri kreditin məbləğindən asılı olaraq balansında 100 manatadək məbləğdə MC GOLD LİTE debet kartını HƏDİYYƏ olaraq əldə edə biləcək.

Beləliklə, bayram alış-verişi etmək üçün nağd kredit götürməklə yanaşı, balansında müəyyən məbləğ olan beş illik premimum kartı da hədiyyə alacaqsınız. Kartlarda olan hədiyyə məbləğini ölkədaxili istənilən ticarət məntəqəsində POS-terminal vasitəsilə xərcləmək olar. Hədiyyə olunan məbləği müştərilər partnyor şəbəkəsində xərclədikdə 20%-dək bonus qazana bilərlər.

Bankın təklif etdiyi kreditin maksimal mәblәği 10 000 manat, müddәti isә 36 ay tәşkil edir. 5 000 manatadәk nağd kredit isә ZAMİNSİZ də verilә bilәr.

Bu Novruz Bayramı “Bank Respublika” ilə daha bərəkətli olacaq!

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın rəsmi internet saytından, “Facebook” səhifəsindən, eləcə də, 144 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ARXİV


Рейтинг@Mail.ru