“WhatsApp” ismarıclarını həmişəlik yaddaşda saxlamağın yolu tapıldı

fev-16
11:09 2018
“WhatsApp” ismarıclarını həmişəlik yaddaşda saxlamağın yolu tapıldı

“WhatsApp”da göndərən şəxsi yazısını silsə belə, ismarıcı saxlamağın yolu tapılıb: yazışmanı sitat vasitəsilə “xilas etmək” olar.

Xeberfakt.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu metod “The Next Web” portalının diqqətini çəkib.

Bir neçə ay əvvəl “WhatsApp” səhvən göndərilən və ya istifadəçinin yazışmada qalmasını istəmədiyi ismarıcları silmək imkanı yaradıb. Ancaq alqoritm tam olaraq plana uyğun işləməyib: ismarıcın yaddaşda qalması üçün onu sitata çevirmək və ya ismarıca cavab vermək kifayətdir.

“WhatsApp” administrasiyasının yaydığı təlimata əsasən, məktubu göndərdikdən sonra yalnız yeddi dəqiqə ərzində silmək olur. Ancaq təlimatda məktubların dırnaq işarələrinin köməyi və ya cavablama yolu ilə yadda saxlama müddətinin uzadılması haqqında heç bir şey deyilmir.

Sitat gətirilən ismarıclar silindikdə belə, bu metodlarla istər qrup, istərsə də şəxsi yazışmalarda mövcud olmağa davam edir. İndi mütəxəsislər bu məsələ üzərində “baş sındırır”: bu, “WhatsApp” komandasının yol verdiyi xətadır, yoxsa istifadəçilərin sərəncamına verilmiş xüsusi tənzimləmə?!

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

ARXİV


Рейтинг@Mail.ru