“Samsung Galaxy A8” və “A8+” – Dual Selfie kamerası ilə daha çox imkan

fev-18
19:09 2018
“Samsung Galaxy A8” və “A8+” – Dual Selfie kamerası ilə daha çox imkan

“Samsung” şirkəti yeni - 2018-ci ildə cəlbedici və yeni smartfon modellərinin istehsalını davam etdirir. Belə ki, şirkət A xəttinin davamını elan edərək, yeni ilin əvvəllərində Azərbaycan bazarında da “Galaxy A8” və “A8+” modellərini təqdim edib.

Bu smartfonlarda flaqmanın fərqləndirici cizgilərindən olan cəlbedici dizayn, metal və gücləndirilmiş şüşə kimi keyfiyyətli materiallar, həmçinin “Samsung” Infinity Display – “sərhədsiz” displey əks etdirilib.

Diaoqonalı “A8” üçün 5,6”, “A8+” üçün isə 6” olan bu SuperAMOLED ekranının icazəsi isə 1080 х 2220 pikseldir. Yeni smartfonların həm displeyi, həm də bütöv korpusu IP68 standartına uyğun olaraq su və toz keçirmir.

16 MP-lik əsas kamera işıq diodlu flaş və avtofokus ilə təchiz olunub. Kameranın işləmə prinsipləri şirkətin digər məsullarında olduğu kimi, aydın və lakonikdir, istifadədə isə çox rahatdır.

Əsas çəkim rejimində fokus nöqtəsini seçmək, ekspozisiyanı tənzimləmək və çəkim düyməsinin köməyi ilə digital zoom-dan istifadə etmək olur. Həmçinin, burada Auto-HDR rejimi avtomatik olaraq aktiv edilib.

Əlavə olaraq, Pro (İSO tənzimlənməsi, ağ rəng balansı və s.), panorama, “gecə” və “yemək” kimi rejimləri də təqdim olunub. Qeyd edək ki, arxa kamera ona işıqkeçirmə imkanı yaradan f/1.7 diafraqmalı obyektiv ilə təchiz olunub.

Bu imkan sayəsində kamera hətta zəif işıqlandırma şəraitində belə əla şəkillər çəkə bilir. Həmçinin, burada daktiloskopik sensor yerləşdirilib ki, onun köməyilə siz öz məlumatlarınızı barmaq izi ilə qoruya bilərsiniz.

Keyfiyyətli selfi kamerası hal-hazırda dünya trendlərindən biridir və bu trendə uyğun olaraq “Galaxy A8” və “A8+” 16 və 8 MP olan ikisensorlu ön kamera ilə təchiz olunublar. İkili modul çəkim zamanı “Live focus” funksiyasından istifadə edərək, istifadəçinin seçimi ilə təsvirin istənilən hissəsini vurğulayaraq, ətraf fona “yayılma” effektini tətbiq edir.

Xüsusi tənzimləmə şəkil çəkərkən və ya hazır fotonu əldə etdikdən sonra “yayılma” (Boke effektinin) dərəcəsini və vurğu nöqtəsini seçməyə imkan yaradır. Hər iki obyektivin diafraqması F/1,9 bərabərdir.

Qeyd etmək lazımdır ki, “Galaxy A8” frontal kameranın köməyilə “Face recognition” üz cizgiləri skanerini dəstəkləyir.

“Samsung Galaxy A” 2018 xəttinin nümayəndələri dəbli, müasir trendlərə uyğun tərzə malik, yüksək məhsuldarlıq və əla kameralar axtaranlar üçün maraqlı smartfon seçimidir.

Bu smartfonları əldə etmək çox asandır, onlar artıq Azərbaycan bazarına təqdim olunub.

Ətraflı məlumat üçün Baku Electronics, Irshad Telecom, Kontakt Home, Maxi.Az, Soliton və Optimal mağazalar şəbəkələrinə müraciət edə bilərsiniz.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

ARXİV


Рейтинг@Mail.ru