"Facebook"da 3D şəkillər paylaşmaq mümkün olacaq

fev-22
13:02 2018
"Facebook"da 3D şəkillər paylaşmaq mümkün olacaq

"Facebook" sosial şəbəkəsi "glTF 2.0" formatını dəstəkləməyə başlayıb. Bu, istifadəçilərə xəbər lentində 3D formatında obyektlər paylaşmaq imkanı verir.

“Report” xəbər verir ki, yenilik barədə şirkətin saytında məlumat yerləşdirilib.

"Biz bu yaxınlarda 3D paylaşım sistemi tətbiq etmişik. Bu, insanların rəqəmsal obyektləri hər tərəfdən görməsinə və onunla birgə "Facebook"un xəbər lentində işini davam etdirməsinə imkan verəcək", - deyə məlumatda bildirilir.

Yaradıcılar yazırlar ki, obyekt toxunuşa dərhal reaksiya verir və məzmunu ekrandan "çıxarma"ğa imkan verir.

Şəkili kompüterdə siçanın sol düyməsini basıb saxlamaqla və ya toxunuşla işləyən cihazlarda barmaqla sıxaraq döndərmək mümkündür.

Xeberfakt.az

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ARXİV


Рейтинг@Mail.ru