Bakıda peyda olan “Qulyabani” qorxutmaq əvəzinə güldürdü – FOTO - VIDEO

Şub-08
14:20 2018
Bakıda peyda olan “Qulyabani” qorxutmaq əvəzinə güldürdü – FOTO - VIDEO

Ötən gün “Gənclik Mall” TM-də yerləşən Azərbaycanın “CinemaPlus” premium kinoteatrında komediya janrında olan “Qulyabani” filminin qala gecəsi keçirilib.

Xeberfakt.az xəbər verir ki, tədbirdə filmdə rol alan aktyorlar, dəvət olunan qonaqlar, media nümayəndələri iştirak ediblər.

Ekran işinin nümayişindən əvvəl foyedə qonaqlar üçün furşet təqdim olunub. Daha sonra qonaqlar filmin qəhrəmanları və “Qulyabani” ilə şəkillər çəkdiriblər.

Filmin rejissoru Pərviz Həsənovdur. Filmdə rolları Əlibəy Məmmədli, Nofəl Şahlaroğlu, Emine Kaykun, Gülarə Məmmədova, Ceyhun Məmmədov ifa ediblər.

Filmin süjet xəttinə görə, Azərbaycan meşələrində peyda olan qulyabanini lentə almaq üçün Türkiyədən gələn jurnalist bu məqsədlə yoldaşlarından kömək istəyir. İşin başında böyük mükafatın olacağını düşünən iki dələduzun türk jurnalistə saxta qulyabani sırımaq oyunu planlaşdırdıqları kimi getmir.

Qızların əvəzinə kənd camaatını qorxudan qulyabaninin ovuna kəndlilər də qoşulur. Bir tərəfdən qəzəbli kəndlilərin əlindən yaxa qurtarmaq, digər tərəfdən, yalanlarının üstünün açılacağı qorxusu qarşısında gücsüz qalan gənclərin bundan yaxa qurtara bilməsi imkansız görünür.


Bakıda peyda olan “Qulyabani” qorxutmaq əvəzinə güldürdü – FOTO - VIDEO


Bakıda peyda olan “Qulyabani” qorxutmaq əvəzinə güldürdü – FOTO - VIDEO


Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Şubat 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728 

ARXİV


Рейтинг@Mail.ru