Yazıçı Süleyman Hüseynovun "AND" romanı "slavyanlar"ın diqqət mərkəzində

mar-09
17:38 2018
Yazıçı Süleyman Hüseynovun "AND" romanı "slavyanlar"ın diqqət mərkəzində

Bakı Slavyan Universitetinin (BSU) nəzdindəki Məktəb-litseydə Azərbaycan Yazıçılar Birliyinin üzvü, istedadlı şair-yazıçı, tarixi-romantik "And" romanının müəllifi Süleyman Hüseynovun yaradıcılığı barədə diskussiyanın proqrama daxil edildiyi "Yaddaşın əks-sədası" adlı ədəbi-bədii tədbir keçirilib.

Xeberfakt.az bildirir ki, Universitetin tələbələrinin və litsey şagirdlərinin iştirak etdiyi tədbir BSU-nun dosenti, filologiya elmləri namizədi Fikriyyə Muradovanın rəhbərliyi və təşkilatçılığı ilə təqdim olunan rəngarəng ədəbi-bədii fraqmentlərlə başlanmışdır. Litseyin şagirdləri böyük rus şairləri Aleksandr Puşkinin və Mixail Lermontovun lirik-romantik şeirlərini tədbir iştirakçılarına maraqlı kompozisyalarla təqdim etmişlər. Bütün həyatı və yaradıcılığı ilə heç nədən, hətta ölümdən belə qorxmayaraq, Sovet rejiminə, onun kütləvi, amansız repressiyalarına, insan azadlığını boğan ideyalarına, hər cür naqisliklərinə qarşı çıxan, bolşevizmi kəskin tənqid edən Vladimir Vısotskinin xalq arasında çox sevilən üsyankar şeirləri və mahnıları səsləndirilmişdir. Görüşdə Sumqayıtın tanınmış ziyalısı, ədəbiyyat-incəsənət bilicisi Əli Sadıqov çıxış edərək, V.Vısotski şeirlərinin inqilabi ruhundan, təqiblərə baxmayaraq, daim xalqla birgə olmasından, şeirlərində və mahnılarında daim xalqın arzu və istəklərini ifadə etməsindən söz açmışdır.
BSU-nun tələbələri və məktəb-litseyin şagirdləri pianonun müşayiəti ilə dahi sənətkar Müslüm Maqomayevin "Azərbaycan", "Mavi əbədiyyət" ("Синяя вечность") və populyar rus mahnılarını ifa etmişlər.
Bunun ardınca isə tədbirin qonağı olan Süleyman Hüseynovun vətənə və doğma xalqa həsr edilmiş rusca şeirlərindən nümunələr oxunmuşdur.
Sonra tədbirin aparıcısı Fikriyyə xanım yazıçı Süleyman Hüseynovun yaradıcılığı, xüsusilə də onun Аzərbaycan və rus dillərində nəşr edilmiş "And" romanı haqqında geniş məlumat vermiş, onun Qarabağ mövzusunda yazılmış dəyərli bir əsər olduğunu, həm də ədəbi qəhrəmanların - azərbaycanlı Seymurla rus qızı Aidanın bir-birinə Moskvadan başlanan sevgisinin və sədaqətinin Vətənin sınaqlarından mətinliklə keçdiyini bildirərək, onların mərdlik və şücaətlərini, vətənpərvərliklərini qatı düşmənlə qeyri-bərabər mübarizə, döyüş fonunda əks etdirən məqamları tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Qeyd edilmişdir ki, əsərin qəhrəmanları sadə azərbaycanlı gənc Seymur və tanınmış rus generalının nəvəsi Aidadır. Tale onları Moskvada çətin bir dövrdə rastlaşdırır. SSRİ dağıldıqdan sonra Moskva Aviasiya institutunu bitirərək, onun məzunu olan Seymur münasib bir iş tapmayaraq, bazarda işləməyə məcbur olur. Gənclər arasında təsadüfi tanışlıqdan yaranan zərif, kövrək hisslər sonradan saf və dərin məhəbbətə çevrilir.
Bir-birinə olan böyük sevgi hissləri ilə onlar daxili və xarici düşmənlərlə ölüm-dirim mübarizəsinə atılmalı olurlar. Xəyanətə düçar olaraq çətin, qeyri-bərabər mübarizədə həlak olsalar da, mənən qalib çıxırlar. Onların yolunu yeganə oğulları olan Murad müstəqil Azərbaycanın üçrəngli bayrağı altında davam etdirir. Əsər bütünlükdə ədalətin qələbəsinə inamı, sevginin təntənəsini əks etdirir.
Tələbələr və şagirdlər qarşısında çıxış edən yazıçı Süleyman Hüseynov "And" romanının real faktlar və konkret prototiplər əsasında qələmə alındığını diqqətə çatdırmış, düşmən tərəfindən işğal edilmiş ərazilərin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Seymur kimi igid oğullarının sayəsində geri alınacağına ümidini ifadə etmişdir. Əsərin gənc oxucuları müəllifə onları maraqlandıran suallar vermişlər.
Məktəb-litseyin direktoru, filologiya elmləri namizədi, dosent İlahə xanım Carçiyeva rəhbərlik etdiyi təhsil ocağının müəllim və şagird kollektivi adından gənclərə mübarizlik, vətənpərvərlik duyğuları aşılayan maraqlı tarixi-romantik əsərə görə müəllifə təşəkkür etmiş və ona yeni yaradıcılıq uğurları arzulamışdır.
Görüşün sonunda S.Hüseynov "And" romanının Azərbaycan və rus dillərində olan nəşrlərindən, həmçinin Moskvada və Bakıda rusca nəşr edilmiş şeir kitablarını Məktəb-litseyin kitabxanasına hədiyyə etmiş, tədbir iştirakçılarının istəyi ilə onlarla birgə xatirə şəkli çəkdirmişdir.

Rəhman ORXAN.

Fotolar məktəbin müəlliməsi Yeganə Özçələbinindir.


Yazıçı Süleyman Hüseynovun "AND" romanı "slavyanlar"ın diqqət mərkəzində
Yazıçı Süleyman Hüseynovun "AND" romanı "slavyanlar"ın diqqət mərkəzində
Yazıçı Süleyman Hüseynovun "AND" romanı "slavyanlar"ın diqqət mərkəzində

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ARXİV


Рейтинг@Mail.ru