İqbal Ağazadənin proqnozu təsdiqini tapıb

may-17
13:22 2018
İqbal Ağazadənin proqnozu təsdiqini tapıb


Ümid Partiyasının sədri İqbal Ağazadə dünən İsrail-Fələstin münaqişəsinin dinamikası ilə Türkiyədə keçirilən seçkilərin paralellərini aparmışdı. O cümlədən 2018-ci il iyun seçkiləri də bu dinamika ilə üst-üstə düşürdü.

Bəziləri bu oxşarlıqları və paralelləri təsadüfi hesab etsə də ,cərəyan edən hadisələr Ümid sədrinin fikirlərini bir daha təsdiq edir.

Qeyd edək ki, iki gün əvvəl Ümid sədri özünün feysbuk səhifəsində yazmışdı:
“İyun ayının 24 - də Türkiyədə keçiriləcək növbədənkənar parlament və prezident seçkiləri Azərbaycanda da maraqla izlənir. Sonucun necə olacağı haqqında müxtəlif proqnozlar səsləndirilir. Məsələnin o tərəfi barədə nəsə yazmaq niyyətində deyiləm. Məqsədim başqadır. Türkiyədə keçirilən seçkilərin tarixinə diqqət etdikdə maraqlı faktlarla rastlaşdım. Türkiyədə hər seçki marafonunda - 2014 - cü il mart bələdiyyə seçkiləri istisna olmaqla, (bu barədə ayrıca yazacağam) - İsrail - Fələstin münaqişəsi alovlanır:
- Türkiyə din qardaşlığı və Ərdoğanın rəhbərliyi ilə birləşir;
-Qüds, Fələstin, İslam Birliyi seçkinin əsas şüarına çevrilir.
Nəticədə AKP seçimləri qazanır. Əcəba, bu bir təsadüfmü? Əsla. Yaxın Şərqdə və islam dünyasında özünə populyarlıq qazanmış Ərdoğan hər halda bu məsələlərdən kənarda deyil. Və ya Ərdoğanın hakimiyyətdə qalmasını istəyənlər din birliyinə əsaslanaraq, kütlənin Ərdoğan və partiyasının ətrafında birləşməsi üçün hər şey edirlər. 2010, 2014, 2015 və 2018-ci il seçkilərinin kecirildiyi tarixlə İsrail - Fələstin münaqişəsinin dinamikasında paralellər aparmaq yetərlidir.

2014-cü il mart bələdiyyə seçkilərindən əvvəl isə yenə xarici güc faktoru ortada idi. Sadəcə bu dəfə Pensilvaniya. Sanki İran İslam Respublikasının daxilində problem olarkən "Mərg bər Amrika", "Mərg bər İsrail" şüarları kimi.”

Əlavə olaraq qeyd edək ki, mayın 14-də,Qəzza sektorunda kütləvi toqquşmaların baş verdiyi zaman ərzində HƏMAS lideri İsmayıl Haniyənin Qahirədən göndərilən xüsusi vertolyotla Misirə aparıldığı və Misirin Ümumi Kəşfiyyat Xidmətinin rəisi general Abbas Kamalla görüşüməsi ilə bağlı məlumatlar yayıldı. Məlumatlarda bildirlir ki,danışıqlar sərt formada keçib. Əvvəlcə HƏMAS liderini onunla görüşü gözləməyə məcbur edən Kamal daha sonra onun üzərinə qışqırıb. Bundan sonra o, sərt formada Qəzza sektorundakı etirazların dərhal dayandırılmasını tələb edib.
Misir kəşfiyyatının rəhbəri Haniyəyə etirazların dayanmayacağı təqdirdə İsrailin HƏMAS liderlərinin məhvinə başlayacağını və Qahirənin buna heç bir reaksiya verməyəcəyini deyib.
Abbas Kamalın olaya yalnız İsraillə danışıqlardan sonra müdaxilə etdiyini bildirib. Belə ki, İsrail tərəfi danışıqlar zamanı HƏMAS-a güzəştə getməyəcəyini deyib.
Güman ki,itkilərin çoxalması və daha sonra bölgədə anarxiyanın yaranaraq, bunun Misir ərazisinə keçməsindən qorxan Misir kəşfiyyatının rəhbəri Haniyəni Qahirəyə çağırıb.
Bu gün artıq Qəzzada sakitlikdir.
P,S. Məhəmməd Mursi Misirdə şəriət dövləti yaradarkən ona ən böyük dəstək Türkiyədən gəlirdi. Sisinin Mursini devirməsinə qarşı da elə ən sərt reaksiya Ərdoğan hökumətindən gəlib.
Ərdoğan hökumətinə müxalif olan Sisi İsrail-Fələstin münaqişəsindən Ərdoğanın yararlanmasına sadəcə göz yummaq fikirində deyil.
Beləliklə də, Yaxın Şərqdə baş verən hadisələrin hansı konteksdə və necə inkişafı bir daha İqbal Ağazadənin dediklərini təsdiq edir.

Elman Abbasov
Ümid Partiyası sədrinin Mətbuat və İnformasiya üzrə müavini

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

ARXİV


Рейтинг@Mail.ru