Əli Əhmədov: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır

Şub-08
14:38 2018
Əli Əhmədov: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır

Azərbaycanda 2003-cü ildən başlayaraq prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi islahatlar uğurla icra olunur, Azərbaycan irimiqyaslı layihələr həyata keçirir, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

Xeberfakt.az xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında YAP-ın sədr müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib.

YAP rəsmisi bildirib ki, ölkədə işsizliyin və yoxsulluğun azalması, ciddi sosial proqramların icra olunması, infrastruktur layihələrinin həyata keçirilməsi ölkənin sürətli inkişafına təkan verir.

O qeyd edib ki, demokratiyanın inkişafı, xarici siyasət, ordu quruculuğu, elm, mədəniyyət və digər sahələrdə ciddi uğurlar əldə olunub:

“Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan sürətli inkişaf edib, dövlətçilik ənənələri, demokratik təsisatları gücləndirilib, ölkənin beynəlxalq nüfuzu artıb, müdafiə qabiliyyəti ciddi şəkildə möhkəmləndirilib”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Şubat 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728 

ARXİV


Рейтинг@Mail.ru