Mehriban Əliyevanın göstərişi ilə valideynsiz uşaqlara bina tikilib

mar-04
17:24 2018
Mehriban Əliyevanın göstərişi ilə valideynsiz uşaqlara bina tikilib

Birinci vitse-prezident Mehriban Əliyevanın bilavasitə göstərişi ilə biz Abşeron rayonunda valideyn himayəsindən məhrum uşaqlar üçün iki korpusdan ibarət 12 mərtəbəli bina tikmişik.

Xeberfakt.az AZƏRTAC-a istinadən xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov deyib.

“Həmin ərazidə üçüncü korpusun inşası bu il başa çatdırılacaq. Bu binalarda hər iki valideynini itirmiş uşaqlar yerləşdirilirlər. Bu qəbildən olan uşaqlarla bağlı iki il əvvəl qanun qəbul olundu və Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edildi.

Həmin qanuna əsasən, hər iki valideynini itirmiş uşaqların təhsil haqlarının hamısı dövlət tərəfindən ödənilir. Xırdalanda tikilən həmin iki korpusdakı mənzillər təmirli olmaqla yanaşı, məişət əşyaları ilə də tam təchiz edilib. Bunu ona görə misal çəkdim ki, bu barədə danışmırlar. Həmin binada yaşayan gənclər ailə qurublar, üç il ərzində 30-dək uşaq dünyaya gəlib. Onlar bu gözəl təşəbbüsə görə daim minnətdarlıq edirlər.

Bundan başqa, mətbuat nümayəndələrinə dövlət hesabına mənzillər verilir. Bütün bunlar digər ölkələrdə edilmir. Təəssüf ki, bu cür gözəl təşəbbüsləri görməzliyə vuraraq belə faciəli hadisələrdən istifadə etməyə çalışan insanlar var”, - deyə Abid Şərifov bildirib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

ARXİV


Рейтинг@Mail.ru