Ölkə Lerikdəki təcavüzə üsyan edir, Hicran Hüseynova susur - Təfərrüat

iyn-22
11:34 2018
Ölkə Lerikdəki təcavüzə üsyan edir, Hicran Hüseynova susur - TəfərrüatLerikdə baş vermiş zorakılıq olayına rayonun icra başçısı Rövşən Bağırov, deputatı İqbal Məmmədov susqunluq nümayiş etdirir

FİA.Az-ın məlumatına görə, analoji sükut mövqeyini Ombudsman, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi sədri Hicran Hüseynova tutur.

Hər iki qurum ictimaiyyətə açıqlama verməlidir, Lerikə gedərək həmin ailəyə baş çəkməlidir. Bu qurumlar üzərinə düşəni etməli, cavabdehlərin məsuliyyetini müəyyən etməlidir.

Ölkə gündəminin baş mövzusu olan Lerikdəki zorlama ilə bağlı mətbuat yazır, sosial şəbəkələr dağılır, amma nə Lerik rəhbərliyi, nə deputatı, nə də H.Hüseynovanın komitəsi “tükünü tərpədir”.

Sosial şəbəkələrdə Lerikdə məmur övladının 13 yaşlı qızı zorlaması ilə bağlı məlumatlar yayılıb.

Məlumatlarda bildirilib ki, “Azərişıq”-ın Lənkəran regionu üzrə rəis müavini Aydın Məmmədovun qardaşı oğlu və sürücüsü, 25 yaşlı Elnur Elman oğlu Məmmədov qonşuluqda yaşayan 13 yaşlı qızı zorlayıb.

Daxili İşlər Nazirliyi Lerikdə yeniyetmə qızın zorlanması ilə bağlı mətbuatda yayılan məlumatları təzkib edib. Amma yeniyetmənin atası həmin gənci bağışladığını bildirib.

Qızın atası Rasim Təhməzov deyib: “Qızımın 14 yaşı var. Elnur qızımı qaçırmaq istəyib, ancaq verməmişəm. Demişəm qoy qızımın yaşı tamam olsun sonra verəcəm. Mən də övlad toyu görmək istəyirəm.

Bizim onlarla qohumluq əlaqəmiz olduğuna görə. Onlar qızımı istəyiblər vermişəm, adətə görə biz tərəfdə beşikkəsti var, ancaq qız həddi-buluğa çatana qədər mənimlədir. Bu artıq sözlərdir yazırlar.

Qızımı heç kim zorlamayıb. Qızım həddi-buluğa çatdıqdan sonra verəcəm həmin oğlana. Bizdə beşik kəsdi deyilən adət var ki, mən də qızım anadan olanda bu adəti etmişəm”.

FİA.Az xəbər verir ki, qızın atası övladı ilə birgə rayonu tərk edib. Bu fakt gizlədilməyə çalışılsa da, məsələnin hüquqi səviyyədə araşdırılması zərurəti var.

Eləcə də H.Hüseynovanın sədri olduğu komitə hadisəni təftiş etməlidir. Amma komitə bundan qabaqkı olaylar kimi, Lerikdəki təcavüzə də laqeyd yanaşır.

Hələ ötən il yazırdıq ki, H.Hüseynovanın əlahiddə borcu məhz Lənkərana, Culfaya, Şəmkirə getmək idi.

Amma yayın istisində kondisionerli kabinetində və avtomobilində olan komitə sədri özünə əziyyət verərək bu bölgələrə baş çəkmədi.

Söhbət ondan gedir ki, Lənkəranda 6 günlük körpəni nənəsi quyuya atır, Culfada 5 yaşlı qız uşağı zorlanır, Şəmkirdə qadın uşaqları ilə birlikdə özünü qatarın altına atır, kütləvi intiharlar baş verir.

Bütün bu qandonduran hadisələrə, ürəkparçalayan faciələrə H.Hüseynovanın nəinki komitə rəhbəri kimi, bir ana, bir qadın kimi də reaksiyası olmadı. Dəhşətə və heyrətə gəlməmək olmur.

Axı bu komitəyə dövlətdən verilən maliyyə və ayrılan qrantlar məhz ailələrdə olan problemləri araşdırmaq, görüşlər keçirmək, maarifləndirici tədbirlər təşkil etmək, uşaqların, qadınların çətinliklərini öyrənmək, zorakılığı məruz qalan qadın və uşaqlarla maraqlanmaq, erkən nikahların yaratdığı fəsadlardan xilas yollarını göstərməkdir. Lakin sadalanan problemlər AQUK-nin diqqətindən kənarda qalıb.

Bəs, komitənin ailələrdə psixoloji gərginlik, depressiya və ümidsizlik, erkən nikahdan doğulan uşaqlarda travmalar və s. kimi problemlərlə məşğul olan şöbələr, müvafiq bürolar nə iş görür?

Niyə H.Hüseynova rayonlara gedərkən məmurlarla, rəsmi şəxslərlə, icra hakimiyyətlərinin seçib gətirdiyi adamlarla görüşür?

Bu komitənin fəaliyyətsizliyi və H.Hüseynovanın laqeydliyi iki çıxış yolu qoyur. Əslində, bu təklifi ekspertlər və deputatlar da zaman-zaman gündəmə gətiriblər.

Belə ki, ya komitə ləğv olunsun və ayrılan qrantlar bu sahə üzrə işləyən QHT-lərə verilsin, ya da struktur dəyişiklikləri edilsin.


Xeberfakt.az

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ARXİV


Рейтинг@Mail.ru