Şəhərlərarası sərnişin daşımada YENİLİK

iyn-22
12:30 2018
Şəhərlərarası sərnişin daşımada YENİLİK"Şəhərlərarası və beynəlxalq sərnişin daşımada hər iki istiqamətdə (gediş və dönüş) onlayn bilet əldə etmək mümkün olacaq”.

Bu barədə Xeberfakt.az -a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, bu işlər “Avtomobil nəqliyyatı-yeni tənzimləmə konsepsiyası” layihəsi çərçivəsində həyata keçiriləcək.

“Artıq şəhərlərarası və beynəlxalq sərnişin daşımada iştirak edən avtobusların yola salınma prosesi və onlayn bilet satışı avtomatlaşdırılıb, mərkəzi məlumat bazası mövcuddur. Sərnişin onlayn rejimdə beynəlxalq internet şəbəkəsi vasitəsilə reysə 10 gün qalmış gedəcəyi istiqamətdə bilet əldə edə bilər. Sərnişinlərin on-line rejimdə daha uzun müddətli dönəm üçün və hər iki istiqamətdə (gediş və dönüş) bilet əldə etməsi prosesinin reallaşdırılması “Avtomobil nəqliyyatı-yeni tənzimləmə konsepsiyası” layihəsinin əsas tərkib hissəsidir. Bu məqsədlə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) “Vahid elektron bilet” proqram təminatı üzərində təkmilləşdirmə işlərinə başlayıb. Bu layihənin nəticəsi olaraq şəhərlərarası sərnişin daşımalarında on-line dispetçer xidməti vasitəsilə hər iki istiqamətə on-line bilet satışı mümkün olacaq”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV


Рейтинг@Mail.ru