Rza Zərrab qoltuq ağacı ilə Nyu-York küçələrində... - FOTO

iyn-22
14:45 2018
Rza Zərrab qoltuq ağacı ilə Nyu-York küçələrində... - FOTOAzərbaycan əsilli iş adamı, türkiyəli müğənni Ebru Gündəşin həyat yoldaşı Rza Zərrab, Nyu-Yorkdakı Hakan Atilla məhkəməsində şahidlik edəndən sonra ilk dəfə, üstəlik, Nyu-York küçələrində görüntülənib.

Xeberfakt.az musavat.com-a istinadən xəbər verir ki, Amerikada “Zərrab məhkəməsi” olaraq başlayıb, daha sonra Xalq Bankın keçmiş müdir köməkçisi Hakan Atillanın ittihamına çevrilən məhkəmə işində R.Zərrab “etirafçı” olmağı tərcih etmişdi. Atillanın cəza almasının ardınca Zərrabın hüquqi statusu da bəlli oldu. Zərrab artıq Nyu Yorkda “məhkum şahid” olaraq Amerika Federal Türmə Bürosunun “məhkum heyətlərinin” nəzarəti altındadır.

Amerikadakı cəza mexanizmləri çərçivəsində “şahidlik” edəcək məhkumlar təhlükəsizliklərinin qorunması adına Amerika Federal Cəza Evləri Bürosuna bağlı həbsxanalarda digər məhkum və təqsirləndirilənlərlə birlikdə saxlanılmır. “Məhkum şahidlər”, türmə bürosu nəzarətində, ünvanı açıqlanmayan evlərdə, fərqli adlarla məskunlaşırlar.

Məhbus şahidlər məhkəməyə verəcəkləri ifadələr bitəndə ya da təhlükəsizliklərinə yönəlmiş problemlərin ortadan qalxdığına əmin olunduğu zaman cəzalarının geri qalanını çəkmək üzrə, yenə yeni şəxsiyyət vəsiqələri, pasportlarla normal həbsxanalara göndərilirlər.
Rza Zərrab qoltuq ağacı ilə Nyu-York küçələrində... - FOTO

ZƏRRAB İFADƏ VERMƏYƏ DAVAM EDİR

“Məhbus şahid” statusundan yararlanan Zərrab da qaldığı, ünvanı açıqlanmayan təhlükəsiz evdən ifadəsi alınmaq üzrə müvafiq prokurorluğa gətirilir. Bu zaman onu ABŞ Federal Cəza Evləri Bürosunun təhlükəsizlik nümayəndələri müşayiət edir.

Nyu-Yorkda məhkəmə yaxınlarında çəkilən bu şəkildə Zərrabın yanında bir təhlükəsizlik işçisinin olduğu görünür. Zərrabın qoltuq ağacları ilə gəzdiyi isə diqqət çəkir.

İFADƏ VERƏNDƏ DURUMU YAXŞI İDİ

Zərrab dekabr ayında Nyu-York Cənub Bölgəsi Federal Bölgə Məhkəməsində təxminən bir həftə boyunca Hakan Atilla əleyhinə şahidlik etmişdi. İfadəsində AKP-li eks nazirlər Zəfər Çağlayan, Muammer Gülər, Egemen Bağış ilə, Xalq Bankının keçmiş rəjbəri Süleyman Aslana verdiyi rüşvətlərdən də danışmışdı.

Zərrab cəmiyyətə açıq keçirilən məhkəmədə ifadə verərkən, son dərəcə sağlam idi. Bu müddət ərzində Zərrabın səhhətində hansı problemlər yarandığı və nə səbəbə qoltuq ağacları ilə gəzdiyi isə böyük sual doğurur.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV


Рейтинг@Mail.ru