Hərbçi və şəhid ailələrindən olan müəllimlərlə bağlı MÜHÜM YENİLİK

may-31
17:19 2018
Hərbçi və şəhid ailələrindən olan müəllimlərlə bağlı MÜHÜM YENİLİK

Müəllimlərin işə qəbulu üzrə yeni qaydalar bəzi kateqoriyadan olan müəllimlərin xüsusi marağına səbəb olacaq.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov Lent.az-a açıqlamasında qeyd edib ki, əvvəlki illərdə olduğu kimi yeni qaydalarda da müəllimlərin işə qəbul prosesinin yenə mərkəzləşdirilmiş qaydada, müsabiqə yolu ilə həyata keçirilməsi nəzərdə tutulur. Lakin burada prosedurlarla bağlı bir neçə yeniliklər olacaq. Müəllimlərin işə qəbulu yalnız onların işə qəbulunu yox, eyni zamanda iş yerinin dəyişdirilməsi proseslərini də tənzimləyir: "Burada ən vacib və mühüm olan yeniliklərdən biri odur ki, bəzi kateqoriyadan olan, yəni həssas qrupa aid edilən müəllimlərin iş yeri dəyişdirilərkən onların qiymətləndirmədə topladıqları bal artım əmsalına vurularaq hesablanacaq. Bura ilk növbədə hərbçi ailələrinin, şəhid ailələrinin üzvləri daxildir. Bu kateqoriyadan olan müəllimlər iş yerini dəyişdirmək istədikdə onların qiymətləndirmə, yaxud işə qəbul zamanı topladıqları bal 1,1 əmsalına vurulur. Təbii ki, bu da onların seçdikləri vakant yerə düşmək şanslarını artırır".

E. Bağırov qeyd edib ki, eyni zamanda həvəsləndirmə tədbirləri tətbiq olunan və müəllimin daimi yaşayış yerinə yaxın olan müəssisələrə müəllimlərin iş yeri dəyişdirilərkən, onların da topladıqları ballar 1, 05 artım əmsalına vurularaq hesablanacaq. Bu da onlara digər namizədlərlə müqayisədə üstünlük hüququ verəcək: "Əvvəlki illərdə müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqə yolu ilə həyata keçirilirdi. Artıq 2017-ci ildən ölkə üzrə bütün müəllimlərin 99 faizinin bilik və bacarıqlarının qiymətləndirilməsi başa çatdığı və bizim məlumat bazalarımızda hər bir müəllimin qiymətləndirmədə göstərdiyi nəticələr olduğu üçün, biz əlavə müsabiqənin keçirilməsini qaydalardan çıxarmışıq. Ötən ildən həyata keçirilən bu qayda bu il də qüvvədədir. Yenə də müəllimlərin müsabiqəsiz iş yerinin dəyişdirilməsi əvvəlki illərdə topladığı bala uyğun olaraq qiymətləndirmə nəticələrinə əsasən həyata keçiriləcək. İyun ayının əvvəllərindən müəllimlərin yerdəyişməsinə start veriləcək. İyul ayında isə müəllimlərin işə qəbulu keçiriləcək".

Xeberfakt.az

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ARXİV


Рейтинг@Mail.ru