Təhsil Nazirliyi: İmtahanları azaltmağa çalışırıq

fev-17
00:50 2018
Təhsil Nazirliyi: İmtahanları azaltmağa çalışırıq

Orta təhsil müəssisələrində 2014-2018-ci tədris ili üçün summativ qiymətləndirmə ilə bağlı dəyişikliklərin edilməsində məqsəd şagirdlərin dərs və imtahan yükünü azaltmaqdır.

Xeberfakt.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, aparılan təhlillərə əsasən, şagirdlər kifayət qədər çox imtahan verirlər:

“Birinci sinifdə təhsil alan şagirdlər məktəbə gəlib çatmamış onları imtahan edirik. Bunu nəzərə alaraq summativ qiymətləndirmənin sayını əsaslı şəkildə azaltmağa çalışırıq. Valideynlər eyni gündə bir neçə summativin keçirilməsi ilə bağlı nazirliyə tez-tez şikayət edirdilər.

Summativ qiymətləndirmə ilə bağlı yeni sənəd layihəsində gün ərzində keçiriləcək summativlərin maksimum sayı müəyyən edilib. Gün ərzində üçdən çox summativ olmamalıdır”.

E.Əmrullayev qeyd edib ki, qiymətləndirmə ilə bağlı dəyişikliklərin edilməsi bəzi mübahisəli məqamların da həllinə imkan verəcək.

Valideynlər eyni gündə bir neçə summativin keçirilməsi ilə bağlı nazirliyə tez-tez şikayət edirdi. Hazırkı sənəd layihəsində gün ərzində keçiriləcək summativlərin maksimum sayı müəyyən edilib.

Hesab edirik ki, gün ərzində üçdən çox summativ olmamalıdır. Eyni zamanda, başqa mübahisəli məsələlərdən biri summativlərin müddəti idi. Bəzi müəllimlər bunu 30, bəziləri isə 45 dəqiqə müddətində edirdi. İndi isə kiçik summativ qiymətləndirilmənin (KSQ) keçirilmə müddətinin 45 dəqiqə olması təklif olunub.

E.Əmrullayev bildirib ki, digər mübahisəli məqamlardan biri şagirdlərin yekun qiymətinin müəyyən edilməsi ilə bağlıdır:

“İndi şagirdlər həm 3 və 4, həm də 3 və 5 qiyməti alanda, yəni hər iki halda ona yekunda ortalama 4 qiyməti verilirdi. Yeni layihədə summativlərdə şagirdlərin biliyinin balla qiymətləndirilməsi və yekun nəticənin də bala əsasən müəyyən edilməsi təklif edilir. Yəni yarımillik qiymət hesablandıqda KSQ-lərin qiymətləri deyil, toplanan ballar toplanacaq.

Balla hesablama həm mübahisə yaratmayacaq, həm də şagirdlərdə oxumağa həvəs yaradacaq. Onlar hər dəfə ballarını yüksəltməklə qiymətlərini yüksəltmiş olacaqlar. Yeni layihə biliyin ölçülməsi baxımından qiymətlərin daha düzgün müəyyən edilməsinə yardım edəcək”.

O əlavə edib ki, layihə hazırda aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir:

“Dövlət İmtahan Mərkəzi artıq bununla bağlı rəyini təqdim edib və dəstəkləyib”.

Qeyd edək ki, Təhsil Nazirliyinin hazırladığı yeni layihədə 2018-2019-cu tədris ilindən orta məktəblərdə summativ qiymətləndirmələrin sayının azaldılması, 1-ci siniflərdə summativ qiymətləndirilmənin ümumiyyətlə ləğv edilməsi, bəzi siniflərdə isə Böyük Summativ Qiymətləndirmənin keçirilməməsi təklif edilir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

ARXİV


Рейтинг@Mail.ru