MÜHASİBDƏN NAZİRLƏRƏ MÜRACİƏT -Şirkətlər niyə şəffaf işləyə bilmir?

mar-09
18:22 2018
MÜHASİBDƏN NAZİRLƏRƏ MÜRACİƏT -Şirkətlər niyə şəffaf işləyə bilmir?

“World Hope International” şikətinin ölkə üzrə direktor müavini və baş mühasibi Elşən Orucov, Vergilər naziri Mikayıl Cabbarova və Əmək və Əhalilin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümov Şəffaf Cəmiyyət naminə açıq məktub yazıb. Məktubunu “Marja”ya da göndərən E.Orucov faktlara əsasən qeyd edib ki, tam şəffaf fəaliyyət göstərən xırda bir MMC zərər edir. Səbəb vergi, sosial və digər qanuni ödənişlərin yüksək olmasıdır.
Elşən Orucov məktubunda yazıb:


İlk əvvəl qeyd edim ki, 2 il hazırlıq kurslarının fəaliyyəti istiqamətində MMC təsis edib direktoru olan şəxs və 5 ildən çox müxtəlif şirkətlərdə mühasib kimi təcrübəmə əsaslanaraq bu müraciətimi qələmə almışam.
Cənablar, xidmət sahəsində fəaliyyət göstərən bir MMC-nin tam şəffaf gəlir və xərclərini sizin nəzərinizə çatdırmaq istərdim. Siz özünüz bu gəlir və xərclərə nəzər yetirərək vergi ödəyicilərinin hansı vergi, sosial və digər qanuni ödənişlər ödəyərək ağır şərtlərlə işlədiyini və niyə demək olar ki, 99% vergi ödəyicilərinin işçilərinin sayını az göstərdiyini və gəlirlərini gizlətdiyini mənim nümunəmdə görə bilərsiniz. Buna qarşı sistemli bir tədbirlər görməyinizi xahiş edirəm.
Əgər vergi və digər rüsumlar mövcud bazara uyğun işlənib hazırlanarsa, sizə əminliklə deyirəm ki, vergi, sosial və digər qanuni ödmələrdən bu qədər yayınma halları olmayacaq.

Gəlin şərti olaraq sadələşdirilmiş gəlir vergisi ödəyicisi olan xidmət sahəsində ən azı 3 il fəaliyyət göstərən “X” MMC-nin real gəlir və xərclərinə nəzər yetirək. Nəzərə alsaq ki, fəaliyyət hər hansı bir Biznes Mərkəzində olduğu üçün xadimə xərcləri tələb olunmur.

MMC Hazırlıq kurslarının fəaliyyəti ilə məşğuldur.

-İlkin əmlakın (ofis avadanlıqlarınn) dəyəri 15,000 AZN

-Stabil olaraq orta hesabla bu MMC-nin aylıq 120 tələbəsi olur.

-Orta hesabla hər bir tələbədən 50 AZN olarsa, ayda 6,000 AZN gəlir olur.

MMC-nin 4-ü daimi heyət və 8-i xidmət müqaviləsi olmaqla 12 nəfərdən ibarət işçi heyəti var. Maaşlar xalis əmək haqqı ilə

1.Direktor – 807.97 AZN (Ümumi maaş (950 AZN-173*14%)-108.78 AZN və ya 14% gəlir vergisi, 28.50 AZN və ya 3% sığortaolunanın hesabına DSMF ödənişi, 4.75 AZN sığortolunanın hesabına işsizlikdən sığorta haqqı ödənişi)

Bundan əlavə, direktora görə 209 AZN (950 AZN*22%) sığortaedənin hesabına DSMF ödənişi, 4.75 AZN (950AZN*0.5%) sığortaedənin hesabına işsizlikdən sığorta haqqı ödənişi.

2.Mühasib – 453.22 AZN (Ümumi maaş (520AZN-173*14%)-48.58 AZN və ya 14% gəlir vergisi, 15.60 AZN və ya 3% sığortaolunanın hesabına DSMF ödənişi, 2.60 AZN sığortolunanın hesabına işsizlikdən sığorta haqqı ödənişi)

Bundan əlavə, mühasibə 114.40 AZN (520AZN*22%) sığortaeedənin hesabın DSMF ödənişi, 2.60 AZN (520AZN*0.5%) sığortaedənin hesabına işsizlikdən sığorta haqqı ödənişi.

3.Ofis inzibatçısı – 358.34 AZN (Ümumi maaş (405AZN-173*14%)-32.48 AZN və ya 14% gəlir vergisi, 12.15 AZN və ya 3% sığortaolunanın hesabına DSMF ödənişi, 2.03AZN sığortolunanın hesabına işsizlikdən sığorta haqqı ödənişi)

Bundan əlavə, ofis inzibatçısına görə 89.10 AZN və ya 22% (405AZN*22%) sığortaedənin hesabına DSMF ödənişi, 2.03 AZN (405AZN*0.5%) sığortaedənin hesabına işsizlikdən sığorta haqqı ödənişi.

4.Marketinq mütəxəssisi – 400 AZN + 200 bonus =609.97 AZN (Ümumi maaş (710AZN-173*14%)-75.18 AZN 14% gəlir vergisi, 21.30 AZN və ya 3% sığortaolunanın hesabına DSMF ödənişi, 3.55 AZN sığortolunanın hesabına işsizlikdən sığorta haqqı ödənişi.

Bundan əlavə, marketinq mütəxəssisinə görə 156.20 AZN (710AZN*22%) sığortaeedənin hesabına DSMF ödənişi, 3.55 AZN (710AZN*0.5%) sığortaedənin hesabına işsizlikdən sığorta haqqı ödənişi.

Müəllimlər Xidmət üqaviləsi ilə işə götürüldüyündən ümumi gəlirlərin 50 %-i onlara ödənilir.

5.İngilis dili müəllimi – 25 tələbə (Gəlir-1250 AZN)

6.İngilis dili müəllimi – 15 tələbə (Gəlir-750 AZN)

7.İngilis dili müəllimi- 15 tələbə (Gəlir-750 AZN)

8.Rus dili müəllimi – 18 tələbə (Gəlir-900 AZN)

9.Rus dili müəlimi – 12 tələbə (Gəlir-600 AZN)

10.Rus dili müəllimi – 10 tələbə (Gəlir-500 AZN)

11.Kompüter müəllimi – 15 tələbə (Gəlir-750 AZN)

12.Kompüter müəllimi – 10 tələbə (Gəlir-500 AZN)

Ümumi Aylıq Gəlirlər = 6,000AZN

Ümumi Aylıq Xərclər = 7,611.63 AZN

Aylıq zərər = -1,611.63 AZN

Aylıq xərclər (siyahı ilə)

-Müəllimlərə xidmət haqqı -3,000 AZN

-İcarə haqqı – 1200 AZN

-İcarəyə görə 14% ÖMV – 168 AZN

-Bu gəlirdən də 4% gəlir vergisi – 240 AZN

-İşçilərə görə illik İcbari tibbi sığorta xərci təxmini və bərabər aylara bölməklə – 10AZN

-Xalis əmək haqqı – 2,229.50 AZN

-Sığortaedənin hesabına 22% DSMF ödənişi – 568.70 AZN

-Sığortaedənin hesabına 0.5% İşsizlikdən sığorta haqqı ödənişi – 12.93 AZN

-İllik Əmlak vergisi bərabər şəkildə aylara bölünməklə təxmini – 12.50 AZN

-Ofis ləvəzimatları xərcləri – 70 AZN

-Digər xərclər – 100 AZN

Tam şəffaf fəaliyyət göstərən xırda bir MMC-nin aylıq 1,843.63 AZN zərərlə işlədiyini görəcəksiniz.

Bu zərəri qarşılamaq və həmçinin gəlir əldə etmək üçün MMC məcbur olur ki, bütün işçilərin maaşlarını olduğundan 4 dəfə aşağı, icarə haqqını 3 dəfə aşağı, tələbələrin sayını 3 dəfə aşağı və digər bütün qanuni ödənişləri dəfələrlə aşağı göstərsin.

Ümid edirəm, məktubum bir çox dairələrdə müzakirə olunaraq nəzərə alınacaq.

Qeyd: Bütün ödənişlər 1 yanvar 2018-ci il mövcud qanunvericiliyə əsasən hazırlanmışdır”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

ARXİV


Рейтинг@Mail.ru