Xəbərlər

Ürəyin qəfil dayanmasının SƏBƏBLƏRİ

may-31
12:45 2022

“Ürək nahiyəsinə alınan zərbələr, ağır allergik reaksiyalar, ciddi astmatik status və boğulmalar, anadangəlmə ürək qüsurları uşaqlarda ürəyin qəfləti dayanmasına səbəb ola bilər”.

 

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq kardiocərrahı Elnur Həsənov bildirib.


Kardiocərrah qeyd edib ki, kliniki olaraq bu halların çox hissəsini anadangəlmə ürək qüsurları əhatə edir:

 

“Bunlara ani ürək dayanmasına səbəb olan hallar, ürəyi qidalandıran tac damarlarda anadangəlmə anomaliyalar, aorta qapağın ciddi darlığı və mitral qapaq taylarının ciddi prolapsı aiddir”.

 

E.Həsənov anadangəlmə ürək qüsurları olan uşaqlarda neçə yaşında ürək əməliyyatları həyata keçirilməsinə də aydınlıq gətirib:

 

“Anadangəlmə ürək qüsurları çox geniş diapozonu əhatə edir, ağ və göy qüsurlar olaraq təsnif olunur. Bu qüsurlar arasında erkən yaşda müdaxilə tələb edən qüsurlar göy qüsurlar qrupunda təsnif olunan xəstəliklərdi (Fallo tetradası, trikuspid qapaq atreziyası, böyük damarların transpozisiyası və ya yerdəyişməsi). Cərrahi yanaşma xəstənin vəziyyətindən və qüsurun ağırlığından asılı olaraq dəyişir. Göy qüsurlar çox hallarda həyatın ilk aylarında cərrahi müdaxilə tələb edir. Ağ qüsurlar isə qulaqcıqarası çəpərin qüsuru, mədəcik arası çəpər qüsuru və digərləri qüsurun simptomatikasından asılı olaraq müxtəlif vaxlarda əməliyyat tələb edir.

 

Anadangəlmə ürək qüsurlarının müalicəsi kompleks şəkildə aparılır. Bura medikamentoz müalicə, bəzi hallarda intervension müdaxilə (X-ray endovaskulyar üsul, yəni təsirlənmiş orqana daxilolmalar damarlar vasitəsilə həyata keçirilir), çox hallarda isə cərrahi müdaxilə aiddir.


Anadangəlmə ürək qüsurlarının erkən diaqnostikası uşağın həyatı üçün kritik önəm kəsb edir. Uşaq doğulduğu anda göyərmə, tənəffüs pozğunluqları, xüsusilə də oksigen saturasiyasının ölçülməsi və bu göstəricinin aşağı olanda ürək qüsurundan şübhələnmək olar.

 

Uşaq ilk günlərindən daha çox ana ilə təmasda olur. Ona görə də anada körpənin ürək qüsurlu olması ilə bağlı bəzi şübhələr yarana bilər. Buraya uşağın zəif qidalanması və sakit vəziyyətdə göyərməsi, tənəffüs pozğunluqları, çəki artmaması, gecə tərləmələri aiddir”.

 

“Anadangəlmə ürək qüsuru ilə doğulan uşaqlar bir çox hallarda cərrahi müdaxilə olunmazsa, yaşıdlarından inkişaf bərasində geri qalır. Nəticədə fiziki güc tələb edən oyunlar və idman növləri ilə məşğul olmaları məsləhət görülmür” , - deyə həkim bildirib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

İyun 2022 (781)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)

Рейтинг@Mail.ru