Xəbərlər

Azərbaycanda neçə albinos var?

iyn-13
19:40 2022

“Azərbaycanda albinizmdən əziyyət çəkənlərin statistikası aparılmır”.

 

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti dermatoveneroloq Vahid Mahmudov bildirib.

 

O albinizmin irsi xəstəlik olduğunu qeyd edib:

 

“Təxminən 17 min nəfərdən biri məhz bu nadir rast gəlinən xəstəliklə doğulur. Albinos insanların dərisi ultra bənövşəyi şüalara qarşı həssas olduğundan onlarda dəri yanıqları və xərçəngə yoluxma riski yüksək olur. Belə insanların ailə qurmasında heç bir problem görülmür".

 

Nazirlik rəsmisinin sözlərinə görə, patologiyanı hamiləlik vaxtı aşkara çıxrmaq mümkün deyil:

 

“Ancaq ailədə albinizm olan biri varsa, valideynlərin birinin geni vasitəsilə hamiləlik vaxtı testin aparılması mümkün ola bilər. Əgər evli cütlüklərin biri albinizm daşıyıcı olarsa, uşağın albinos olması ehtimalı 25 %-dir”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

İyun 2022 (781)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)

Рейтинг@Mail.ru