Xəbərlər

Qaralovun şirkəti MİLYONLARI GERİ ÇƏKİR... - İLGİNC FAKTLAR

avq-05
15:40 2022


Qaralovun şirkəti MİLYONLARI GERİ ÇƏKİR... - İLGİNC FAKTLAR

“Akkord Logistika Mərkəzi” MMC (VÖEN- 1805486991) nizamnamə kapitalının azaldığını elan edib.

xeberfakt.az-ın bilgisinə görə, yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Sabunçu rayonu, 1-ci mədən ünvanında qeydiyyatda olan “Akkord Logistika Mərkəzi” MMC 26.08.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb.

“Akkord Logistika Mərkəzi” nizamnamə kapitalını 46 min 635 dəfə azaldaraq 4 milyon 634 min 790 manatdan 100 manata qədər endirir. MMC-nin qanuni təmsilçisi Məmmədbağırov Sərxan İlham oğludur.

Məlumat üçün bildirək ki, son zamanlar “Akkord” şirkətlər qrupuna daxil olan şirkətlərə qarşı çoxsaylı məhkəmə iddiaları da qaldırılıb. Təxminən 10 gün əvvəl gəlirlərinə görə Azərbaycanın ən böyük bankı hesab olunan “Kapital Bank” ASC “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və “Akkord General Construction” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.

Eyni zamanda qeyd edək ki, “Akkord” adlı şirkətlərin dövlət büdcəsinə də böyük həcmli vergi borcları yaranıb. Məsələn, “Akkord Nəqliyyat” MMC-nin (VÖEN-1502885361) hazırda dövlət büdcəsinə 562 min 726 manat 30 qəpik vergi borcu var. Bundan başqa “Akkord Asfalt” MMC-nin (VÖEN-1502757341) 129 min 634 manat 39 qəpik, “Akkord Hydrotechnıcal Constructlon Company” MMC-nin (VÖEN-1502808541) 4 milyon 430 min 451 min 60 qəpik, “Akkord Qum” MMC-nin (VÖEN-1300654361) 7 min 901 manat 72 qəpik vergi borcu var.

Onu da bildirək ki, uzun illər mətbuatda “Akkord” şirkətinin sabiq baş prokuror Zakir Qaralaova məxsus olması ilə bağlı çoxsaylı yazılar yayımlanıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

ARXİV

Avqust 2022 (251)
İyul 2022 (744)
İyun 2022 (920)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)

Рейтинг@Mail.ru