Xəbərlər

Qətl və edamlardan milyonlar qazandıran qanlı biznes

avq-22
09:20 2022


Qətl və edamlardan milyonlar qazandıran qanlı biznes
Adətən donor orqanını aylar, hətta illərlə gözləmək lazım olur. Amma indiki halda onu Çində bir neçə gün ərzində tapmaq mümkündür. Çində orqanların köçürülməsi prosesi on minlərlə əməliyyatı və milyardlarda dollar vəsaiti özündə birləşdirir. Əsas mənbə yerli həpsxanalar, donorlar isə məhbuslardır. Bu sistem artıq əvvəllər olduğu kimi gizli fəaliyyətdə deyil. Onun mövcudluğunu yerli həkimlər və hakimiyyət də etiraf edir. Hələ 2010-cu ilin əvvəlində transplantasiyaya nəzarət edən dövlət komitəsinin başçısı Xuan Szefu etiraf etmişdi ki, orqan əməliyyatlarının təxminən 60 faizində ölüm cəzasına məhkum edilən məhbuslardan istifadə olunur.Qətl və edamlardan milyonlar qazandıran qanlı biznes Bu, hüquq müdafiəçilərinin kəskin etirazına səbəb oldu. Hökumət buna son qoyacağına söz versə də hesabatlara görə bu istiqamətdə indiyədək ciddi addımlar atılmayıb. Habuki iş yalnız edama məhkum olunan dustaqlarla bitmir. Onların orqanları yüksək təlabatı ödəmək iqtidarında deyil. Çində bu boşluqu dolduran qadağan edilmiş dini sektaların və etnik qrupların üzvləridir. Bu ölkədə fəaliyyəti qadağan edilmiş “Fatunqun” dini sektasının nümayndələri hələ 90-cı illərin sonundan təqib edilməkdədirlər. Çində qanunsuz orqan köçürülməsi barədə illərdir məruzələr edən İtan Qatmanın sözlərinə görə, insanları faktiki orqanlarına görə öldürürlər:” Dini təriqətin milyonlarla davamçısı öz inanclarından imtina etmədikləri üçün hakim partiya onlara insan kimi deyil, puı qazandiran əşya kimi baxır. Bu, insanların istismarı deyil, siyasi soyqrımdir.”Qətl və edamlardan milyonlar qazandıran qanlı biznesTransplatasiyaya nəzərət edən dövlət komitəsindən bildirilib ki, qanun məhbusları donorluq hüququndan məhrum etmir. Daha doqrusu, onlar öz cinayətlərinin bağışlanmasına nail olmaq istəyirlərsə, onları həvəsləndirmək üçün buna icazə verilir. Ümumdünya Tibb Assosasiyası isə hesab edir ki, barmaqlıqlar arxasında olan insanların vəziyyəti azad seçimə mane olur. Buna görə də Assosasiya onların orqanlarından istifadə edilməsinə qarşı çıxır. Təşkilatın araşldırmasına görə, dünya üzrə yalnız Çində insanlardan orqanların kütləvi götülürülməsi dövlət səviyyəsində həvəsləndirilir. Çində donor orqanlarına təlabat çox böyükdür. Orqanlara ildə təxminən, 2 milyon pasient ehtiyac duyur. Amma könüllü donorluq və edam olunanların orqanları bu təlabatı çüzi ödəyir.
Qətl və edamlardan milyonlar qazandıran qanlı biznesÇində belə böyük təlabatı etnik qrupların, ilk növbədə isə müsəlman uyğurların hesabına ödənməsi artıq sübut olunmuş faktdir. Sincan vilayəti həbsxanarından əldə edilmiş sənədlər bir-birilə əlaqəli iki fərqli kütləvi həbs sistemindən - "tərbiyələndirmə düşərgələri”ndən və həbsxanalardan uyğurlara qarşı istifadənin görünməmiş təfərrüatlarını ortaya qoyur. Bu təfərrüatlar Çin hakimiyyətinin uyğurlar haqqında dərc etdiyi məlumatların doğruluğuna ciddi şübhə yaradır. Hökumət Sincanda 2017-ci ildə tikilmiş düşərgələrin sadəcə “məktəb” olduğunu iddia etsə də, polis sisteminin daxili instruksiyaları, gözətçilərin siyahısı və məhbusların indiyə qədər heç yerdə dərc olunmamış şəkilləri bu bəyanatla kəskin ziddiyyət təşkil edir.Minlərlə insanın terrorçuluqda ittiham olunaraq həbs edilməsi kütləvi repressiyalar üçün bəhanə xarakteri daşıyır, Qətl və edamlardan milyonlar qazandıran qanlı biznespolis sənədlərində isə çox sayda və son dərəcə sərt hökmlərə rast gəlinir. Sözügedən sənədlər uyğurlara aid mədəniyyət və inancın hər hansı formada təzahürünə qarşı yönəlmiş siyasətdir. Bu məsələlələrlə bağlı qərarların Çin lideri Si Tsinpin səviyyəsinə qədər gedib çıxdığını ifşa edən ən inandırıcı sübutlar əldə edilsə də hökumət çoxsaylı etirazlara məhəl qoymur. “Tərbiyələndirmə düşərgələri”ndəki uyğurlara gəlincə, bəzi əlamətlər gösətrir ki, Çin hakimiyyətinin iddiasına rəğmən, onlar ora heç də könüllü getməyiblər.Həmin düşərgələrdə çəkilmiş şəkillərdən məlum olur ki, orda dəyənəklə silahlanmış gözətçilər var.Qətl və edamlardan milyonlar qazandıran qanlı biznesBuna baxmayaraq çinli məmurlar insanların orda zorla saxlandığını israrla təkzib edirlər. Bu həbsxanalarrdan ildə minlərlə insanın yoxa çıxdığı deyilir və beynəlxalq qurumlar izsiz-soraqsız yoxa çıxan uyğurların orqan mafiyasının qurbanı olduqlarını qeyd edirlər.


Nazilə Nəriman

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Oktyabr 2022 (193)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)
İyul 2022 (743)
İyun 2022 (920)
May 2022 (863)

Рейтинг@Mail.ru