İDEA sabiq deputatın Bakıda ağacları kəsdirməsi faktını nəzarətə götürdü

yan-12
15:58 2022
İDEA sabiq deputatın Bakıda ağacları kəsdirməsi faktını nəzarətə götürdü
İDEA İctimai Birliyi Milli Məclisin sabiq deputatı, “Ştutqart” şirkətinin sahibi Nəriman Əliyevin Bakının Nərimanov rayonu ərazisində ağacları kəsdirməsi faktını nəzarətə götürüb.

Xeberfakt-ın əldə etdiyi məlumata görə, İDEA İctimai Birliyi tərəfindən bununla bağlı aidiyyəti orqanlarla, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə əlaqə saxlanılıb.

Xidmət isə bu faktın artıq aktlaşdırıldığını və hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərildiyini təşkilatın nəzərinə çatdırıb.

Qeyd edək ki, Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10C ünvanında ağacların kəsilməsi faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılır.

Xatırladaq ki, N.Əliyev Milli Məclisin IV və V çağırış deputatı olub. Bir neçə gün əvvəl mətbuatda onun Bakıda 37 ağacı kəsdirməsi, işdən çıxan əməkdaşlara isə maaş verməməsi ilə bağlı məlumatlar yayılıb.(Report)

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Yanvar 2022 (518)
Dekabr 2021 (554)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)

Рейтинг@Mail.ru