Xəbərlər

Lerik camaatı Ölkə rəhbərindən imdad diləyir

yan-22
12:03 2022

Son günlər respublikamızın ərazisinə güclü qar yağmışdır.

Bu ,bir sıra fəsadlara yol açmışdır.Belə fəsadlardan biri də Lerik rayonunda yaşanmaqdadır.

Belə ki , yağan güclü qar rayonun bir sıra dağ kəndlərində ; Tülü,Conu, Kaqoy ,Vılıq kəndlərində əhalinin həyat şəraitini çətinləşdirmişdir. Belə ki , adı çəkiən kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsilmiş , gediş- gəliş müşkülə çevrilmişdir. Yağan güclü qar , yollara tökülən qar uçqunları təmizlənmədiyindən vəziyyət olduqca acınacaqlıdır. İnsanalar vəziyyətdən çıxış yolu axtarır , bacardıqlarını , əllərindən gələni etməyə çalışırlar . Lakin , onların gücü və imkanları xaricində olduğu üçün heç nə edə bilmirlər . Camaatdan fərqli olaraq əlaqədar qurumlar isə üzərilərinə düşən vəzifənin öhdəsindən gəlmir , ya da gəlmək istəmirlər . Bu da insanların haqlı narazılığına səbəb olub.

Məsələ ilə bağlı Lerik rayon Yol İstismar İdarəsini dəfələrlə etdiyimiz müraciət cavabsız qalır. Hətta Lerik rayonundan seçilən millət vəkili İqbal Məmmədova da müraciət etdik.Telefonumuza cavab vermədi. Köməkçisi ilə əlaqə saxladıq. O da öz növbəsində bu işin onların səlahiyyət və məsuliyyəti daxilində olmadığını bildirdi. Nəticədə adı çəkilən kəndlərdə yaşayan insanlar acınacaqlı vəziyyət yaşamaqda davam edirlər. Nəzərə alsaq ki , ərzaq , qida ehtiyacları , həkim qəbulu , təcili işlərlə bağlı kəndlərdən çıxmaq lazım olduğu halda bu mümükün deyilsə , insanlar nə etməlidirlər?!

Danılmaz faktdır ki , ölkə rəhbəri Cənab İlham Əliyevin sərəncamları ilə ən ucqar dağ kəndlərinə belə asvalt yollar çəkilmiş , insanların əziyyətsiz hərəkət etmələri üçün hər cür şərait yaradılmış və bu davam etməkdədir. Lakin görünən odur ki , ölkə rəhbərinin milyonlar bahasına ərsəyə gətirdiyi yol infrastrukturu hər hansı bir təbii fəlakət zamanı nəzarətsiz və baxımsız qalır. Aidiyyatı orqanlar , məsul şəxslər öz işlərinin öhdəsindən gəlmirlər.

Məsələ ilə bağlı həmin ərazidə yaşayan sakinlər adından ölkə rəhbərinə müraciət edirik . Çətin vəziyyətlə üz- üzə qalan insanlara Cənab prezidentdən kömək istəyirik.İnanırıq ki , ölkə rəhbəri bu işlərə birbaşa məsuliyyət daşıyanlardan fərqli olaraq lazimi tədbirlər görəcək.(millidestek.az)

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

May 2022 (431)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)
Dekabr 2021 (554)

Рейтинг@Mail.ru