Xəbərlər

Fazil Mustafa ilə Pənah Hüseyn arasında Zəngəzur davası-VİDEO

yan-22
16:15 2022
Fazil Mustafa ilə Pənah Hüseyn arasında Zəngəzur davası-VİDEO
Fazil Mustafa: “Altayda fırlanınca, Zəngəzurda İrəvanı hədəfləmək lazımdır”
Pənah Hüseyn: “Qarabağ dağlarına, düzlərimizə də təkcə Zəfər Yolunun qırağından baxmaq lazım deyil. Ora getmək, orda oturub, oranı bərpa etmək lazımdır”
Bu gün “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə yayımlanan “Dərin Təhlil” verilişində millət vəkili Fazil Mustafa ilə AXP sədri, eks baş nazir Pənah Hüseyn arasında maraqlı mübahisə yaşanıb. Qonaqlar Qarabağ və regionda gedən proseslər məsələsində fantaziya ilə reallıq arasındakı arzular məsələsinə toxunub.

Tərəflər arasındakı dialoqu təqdim edirik:

Fazil Mustafa: Biz bu gün Şahdağa, Göyəzənə, Qapıcığa, Araza baxmalıyıq. Əlimizdə olan əraziləri, Qarabağı necə dirçəldə bilərik? Qazaxıstana rus qoşunu girdi, gedib kömək edə bildin? Türkmənləri qovdular, kömək edə bildiz?

Pənah Hüseyn: Bu, nəyə oxşayır? Bizim bəzi dostlar İlham Əliyev Zəngəzurdan danışanda deyirlər ki, Xankəndi durub burda, niyə İlham Əliyev İrəvandan və Zəngəzurdan danışır? O baxış elə bu baxışdır. Ora baxmasaq, bura da baxa-baxa qalacağıq. Ora baxmaq lazım deyil e. Gedib orda oturmaq lazımdır.

F.Mustafa: Məsələyə İlham Əliyev kimi ağıllı yanaş da. Altayda fırlanınca, Zəngəzurda İrəvanı hədəfləyirsən. Bu gün Azərbaycan insanına, Zəngəzuru hədəfləyən insanına o real hədəfdən yayındıraraq illüziya gətirirsən.



P.Hüseyn: Bu gün Ərdoğanın, İlham Əliyevin… indi dediklərini Elçibəy zamanında deyirdi. O zaman ona deyirdilər ki, Elçibəy bizi fantaziyaya aparır. Bizi 30 il əvvələ aparma, lütfən. Bunları bir-birinə qarşı qoymayaq.

F.Mustafa: O zaman fantaziya idi, amma indi deyil axı. Bu gün Türkiyə addım-addım öncüllük edir.

Pənah Hüseyn: Savalana, Şahdağa, İrəvana, Qarabağ dağlarına, düzlərimizə də təkcə Zəfər Yolunun qırağından baxmaq lazım deyil. Ora getmək, orda oturmaq, oranı qurub bərpa etmək lazımdır. Ora heç də Altaydan, Krımdan, Ankaradan, İstanbuldan baxmağı istisna etmir, zəruri edir. Arada uçmaqdan da qorxmaq lazım deyil. Göyün də dərinliyi var.

Verilişin həmin fraqmentini aşağıda izləyə bilərsiz.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

May 2022 (431)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)
Dekabr 2021 (554)

Рейтинг@Mail.ru